AZƏRBAYCAN BAŞ KONSULLUĞUNUN NÜMAYƏNDƏ HEYƏTİ ARXANGELSKƏ GƏLMİŞDİR
Görüşdə Arxangelsk vilayətinin Azərbaycan ilə əməkdaşlığının inkişafı yolları müzakirə edilmişdir. Fortıgin demişdir: “Azərbaycan Respublikası Baş konsulluğunun vilayətimizə marağı, ilk növbədə, onunla bağlıdır ki, burada çoxlu azərbaycanlı yaşayır, onların 8 min nəfəri Rusiya vətəndaşıdır. Hesab edirik ki, vilayətimizlə Azərbaycan arasında bütün sahələrdə əlaqələri və əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmaq lazımdır”.
Fortıgin bildirmişdir ki, indi Arxangelsk vilayəti Azərbaycana 3,6 milyon dollarlıq məhsul ixrac edir, oradan isə təxminən 1 milyon dollarlıq məhsul alır. Onun sözlərinə görə, Azərbaycanla ixrac-idxalı genişləndirmək, iqtisadi əməkdaşlığı möhkəmlətmək üçün 2007-ci ilin yazında Azərbaycan biznesmenlərinin bir qrupu Arxangelskə gələcəkdir.
Fortıgin xüsusi vurğulamışdır ki, vilayətin ərazisində azərbaycanlılarla bağlı hakimiyyət dairələrini narahat edə biləcək heç bir problem yoxdur.
Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulu Qüdsi Osmanov görüşdə demişdir ki, Azərbaycan Rusiyanın bu subyekti ilə əməkdaşlığı və mədəni dialoqu genişləndirməkdə maraqlıdır. 2007-ci ildə Azərbaycan Arxangelsk vilayətində mədəniyyət günləri keçirməyə hazırdır. Odur ki, Azərbaycanda Arxangelsk vilayəti günlərinin keçirilməsi növbəti addım olmalıdır.