Azərbaycan boksçusu Kənan Babayev Avropa birinciliyinin finalına yüksəlib
Bakı, 20 aprel, AZƏRTAC
Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa birinciliyində yarımfinal döyüşlərinə start verilib.
AZƏRTAC xəbər verir ki, finala gedən yolda Azərbaycan millisinin heyətində rinqə ilk olaraq Kənan Babayev çıxıb. Əvvəlki mərhələlərdə türkiyəli Telet Yağlı və gürcüstanlı Oruc Əhmədova qalib gələn ölkə çempionu yarımfinalda irlandiyalı Tedi Coysla qarşılaşıb. Turnirdə 48 kiloqram çəki dərəcəsində mübarizə aparan K.Babayev rəqibini 5:0 (28:27, 28:27, 29:26, 28:27, 28:27) hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb. Bununla da Azərbaycan yığması 3 illik fasilədən sonra analoji yarışın həlledici görüşündə təmsil olunacaq.
Qeyd edək ki, K.Babayev aprelin 21-də keçiriləcək çempionluq döyüşündə polşalı Nikolas Marsel Pavliklə qarşılaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [12:28]
Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]