Azərbaycan-Bolqarıstan əlaqələri müzakirə edilib
Bakı, 24 mart, AZƏRTAC
Martın 23-də Bolqarıstanın xarici işlər naziri Daniel Mitovla Azərbaycanın bu ölkədəki səfiri Emil Kərimov arasında görüş keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin martında Bolqarıstana etdiyi rəsmi səfərin əhəmiyyəti qeyd olunub. Tərəflər bu səfərin Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli iqtisadi, ticarət və siyasi əlaqələrə yeni təkan verəcəyini və münasibətlərin inkişafı üçün yeni və geniş perspektivlər yaradacağını məmnunluqla ifadə ediblər. Xarici işlər naziri Bolqarıstanın Azərbaycan ilə iqtisadiyyat və enerji sahələrində əlaqələrin daha da inkişafına mühüm önəm verdiyini qeyd edib. Azərbaycanın həm Bolqarıstan, həm də bütövlükdə Avropa İttifaqı üçün strateji tərəfdaş olduğunu vurğulayıb.
Səfir E.Kərimov ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsinin mühüm əhəmiyyət daşıdığını bildirib.
Bundan başqa diplomatlar iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə ediblər.
Məlumat Bolqarıstan Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi internet saytında yerləşdirilib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [12:46]
Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir
- 28.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 28 sentyabr
- 27.09.2026 [23:11]
Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib
- 27.09.2026 [19:19]
Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib
- 27.09.2026 [18:54]
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb
- 27.09.2026 [17:50]