AZƏRBAYCAN BÜTÜN TƏŞKİLATLARA KÖNÜLLÜ DAXİL OLUR
AZƏRTAC-ın verdiyi xəbərə görə, Prezident İlham Əliyev Rusiyanın RTR televiziya kanalına müsahibədə demişdir ki, indiki halda müxtəlif beynəlxalq təşkilatlarda iştirak etmək ölkəmizin xeyrinədir. Biz dünya siyasi proseslərinin, əslində, bütün spektrində iştirak edirik. Avropa Şurasının da üzvüyük, MDB-nin də üzvüyük, İslam Konfransı Təşkilatının, İqtisadi Əməkdaşlıq Təşkilatının da üzvüyük, Asiyada etimad tədbirlərinin möhkəmləndirilməsi prosesində, GUAM-da da fəal iştirak edirik. Bu, Azərbaycana öz mənafelərini irəlilətmək üçün əlavə imkanlar verir.
Prezident vurğulamışdır ki, hər bir ölkə bu və ya digər təşkilata üzvlüyünü, təbii olaraq, öz mənafeləri mövqeyindən nəzərdən keçirir. Təşkilatda olmaq öhdəlikləri, hüquqları olmaq və bundan faydalanmaq deməkdir. Maraqlı olmayan, eləcə də, kiminsə daim təzyiqə məruz qaldığı təşkilatda olmaq mənasızdır. Biz isə bütün təşkilatlara könüllü surətdə daxil oluruq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [09:12]
Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın inkişafı müzakirə olunub
- 15.10.2026 [08:46]
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
- 14.10.2026 [19:29]
Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib
- 14.10.2026 [18:20]
Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir
- 14.10.2026 [17:59]