Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan cəmiyyətinin böyük uğurlarının fövqündə Prezident İlham Əliyevin modernləşmə siyasəti dayanır

Azərbaycan cəmiyyətinin böyük uğurlarının fövqündə Prezident İlham Əliyevin modernləşmə siyasəti dayanır

Bakı, 25 dekabr, AZƏRTAC

Sürətlə inkişaf edən, dünyanın nüfuzlu ölkələrindən birinə çevrilən Azərbaycanın qazandığı hər bir uğur Prezident İlham Əliyevin konkret hədəflərə hesablanan siyasətinin nəticəsidir. Məhz Prezident İlham Əliyevin uzaqgörən siyasəti, prinsipiallığı və beynəlxalq aləmdə böyük nüfuzu sayəsində Azərbaycan dünyanın siyasi və iqtisadi məkanında mövqeyini gündən-günə gücləndirir. Ötən 15 il ərzində dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmiz bir-birinin ardınca böyük uğurlar qazanıb. Azərbaycanın böyük uğurlarının fövqündə Prezident İlham Əliyevin modernləşməsi siyasəti dayanır.

AZƏRTAC Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqovun dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlardan bəhs edən məqaləsini təqdim edir.

Azərbaycan bu gün çox sürətlə hərtərəfli inkişaf edərək pozitiv dünya proseslərinə inteqrasiya etməkdədir. Müasir dövrdə inteqrasiya prosesi çoxtərəfli olması və mürəkkəbliyi ilə səciyyələnir. Bunu nəzərə alan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev inteqrasiya siyasətini həyata keçirərkən bütün zəruri məqamları, digər dövlətlərin əvvəllər buraxdığı nöqsanları diqqətdə saxlayaraq, ölkənin sivil dövlətlərə çatması, mədəniyyətlərarası dialoqun axtarışı istiqamətində daha səmərəli üsullardan istifadə prinsiplərini hədəf seçib, nəticədə, Azərbaycan qısa müddətdə dünya sivilizasiyaları sistemində modern olmaqla yanaşı, özünəməxsus ənənələrin də yüksək səviyyədə qorunduğu məkana çevrilib.

Bu inkişafın təməlində ideya əsasları ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan hüquqi-demokratik Azərbaycan dövlətinin davamlı inkişaf strategiyası dayanır. 2030-cu ilə qədər BMT-nin dünya ölkələri qarşısında qoyduğu 17 hədəfə nail olunması və bu hədəflərə çatmaqla dünya standartlarına cavab verən bir ölkə səviyyəsinə çatdırılması məhz Prezident İlham Əliyevin uğurlu sosial-siyasi, mədəni-iqtisadi siyasəti ilə mümkün olub. Bu istiqamətdə atılan addımlardan biri Azərbaycanın birinci Avropa Olimpiya Oyunlarına ev sahibliyi etməsi ilə nəinki postsovet ölkələri sistemi, eləcə də Avrasiya məkanı üçün yeni praqmatik siyasi-mədəni proseslərinin başlanğıcı olmasıdır. Bu uğurların fövqündə Azərbaycan Prezidentinin proqram xarakterli modernizasiya siyasəti kursu dayanıb. Belə ki, ilk Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsi artıq ölkədəki insan haqlarının qorunmasından, onların mühafizəsinə verilən xüsusi diqqətdən, eyni zamanda, ölkədəki insan kapitalı inkişafının məhz hüquqlarını qorumaqla həyata keçirilməsindən xəbər verir. BMT öz bəyanatlarında dəfələrlə qeyd edib ki, yalnız insan hüquqlarının qorunduğu və riayət edildiyi bir ölkədə Olimpiya oyunları keçirilə bilər. Dövlətimizin başçısı öz çıxışında bu barədə bildirib: “Bu Oyunlar imkan verdi ki, biz özümüzü göstərək. Bizi istəməyən qüvvələr bəzi hallarda bunu bizə irad tuturdular ki, Azərbaycan Oyunları keçirməklə özünü göstərmək istəyir. Bu, təbiidir. Əlbəttə, hər bir ölkə özünü göstərmək istəyir. İnkişaf etmiş ölkələr, hansılar ki, dəfələrlə bu səviyyəli tədbirləri keçiriblər. Onlar da özlərini göstərmək istəyiblər. Yəni, burada heç bir qəbahət yoxdur. Bəli, bizim göstərə biləcəyimiz nümunələr həddindən artıq çoxdur. Biz Azərbaycanı dünyaya müasir, dinamik, demokratik, inkişaf edən, öz mədəniyyətinə, tarixinə bağlı olan xalq kimi, dövlət kimi göstərmişik”. Həqiqətən də ölkə Prezidentinin qətiyyətli addımı ilə az bir zamanda dünyaya Azərbaycanın nələrə qadir olduğu sübut edildi. Azərbaycanın siyasi inkişaf kursu, həm də Siyasi Liderin özünün qeyd etdiyi kimi “ənənələri qorumaqla modernizasiya olmaq” istiqamətlərinə hesablanıb. Bu siyasi modernləşmənin mahiyyətində milli maraqların qorunması, adət-ənənələrə dərin, əbədi ehtiram yer alır. Azərbaycan Respublikasına Prezidentliyi dövründə İlham Əliyev hər zaman ölkənin imici və uğurlarının qarşılıqlı əlaqələndirilməsində xalqın rəyinin nəzərə alınmasının vacibliyini təmin edib. Birinci Avropa Oyunları ərəfəsində Prezident İlham Əliyev deyib: “Bu, böyük tarixi hadisədir. Çünki ilk dəfədir ki, Avropa Oyunları keçirilir. Baxmayaraq ki, Olimpiya Oyunları Avropa qitəsində yaranıbdır və ondan sonra Avropa qitəsində də bərpa edilibdir. Ancaq bu günə qədər Avropa Oyunları keçirilməyib. İlk Oyunların Bakıda keçirilməsi əlbəttə ki, böyük nailiyyətdir, bizim böyük uğurumuzdur. Bu Oyunların Bakıda keçirilməsi əhali tərəfindən çox yüksək səviyyədə dəstəklənir. Biz bu dəstəyi əvvəlki dövrdə də hiss etmişik. Çünki bildiyiniz kimi, Azərbaycan iki dəfə öz namizədliyini Yay Olimpiya Oyunlarının keçirilməsi üçün verib. O zaman rəy sorğuları keçirilib və müəyyən edilib ki, Azərbaycan əhalisi Olimpiya Oyunlarının Bakıda keçirilməsini arzulayır, dəstəkləyir və bu amil də çox mühüm rol oynayır”.

Avropa Oyunlarının Bakıda keçirilməsi müasir dünya mədəniyyətinin təbliği silsiləsində Azərbaycanın rolunu artırdı. Avropa və Asiya mədəniyyətlərinin kəsişdiyi nöqtə olan Bakı, həm də sivilizasiyaların toqquşması deyil, barış yerinin mümkün olduğu bir evə çevrildi.

Bu dövrdə ölkəmizin informasiya təminatında ölkə mətbuatının beynəlxalq internet şəbəkəsinə qoşulmasının da mühüm əhəmiyyətini qeyd etmək lazımdır. Elektron mətbuat Azərbaycan həqiqətlərinin daha sürətlə dünyaya çatdırılması üçün geniş imkanlara malik oldu. İndi ölkəmizin müxtəlif informasiya agentlikləri dünyanın bir çox ölkələrinə informasiya ötürür və qəbul edir. Azərbaycanın sosial-iqtisadi inkişafında neft hasilatından sonra ikinci prioritet sahə olan informasiya-kommunikasiya sisteminin qurulub inkişaf etdirilməsi olduğunu qeyd edən Prezident İlham Əliyev ölkəmizi elektron hökumət proqramının uğurlu icraçısına, ASAN xidmət şəbəkəsinin qurulması ilə dünyaya yeni texnoloji xidmət metodu ötürən ölkəyə, Azərbaycan peykinin orbitə buraxılması ilə postsovet məkanında fəal informasiya məkanı sahibinə çevirib.

Azərbaycan həm də Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ilə olduqca böyük sosial-iqtisadi layihənin həyata keçirilməsinə nail olub. Bu layihə regionda ən böyük layihələrdən olmaqla yeni İpək Yolunun başlanğıcı oldu. Aydındır ki, qədim İpək Yolunun mövcud olduğu zamanlarda Cənubi Qafqaz regionu bir körpü rolunu oynayıb və yenidən Azərbaycanın Türkiyə və Gürcüstanla bərabər yeni İpək Yolunda mühüm rol oynayan ölkələrdən birinə çevrilməsi məhz Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir. Azərbaycanın bu layihəni uğurla həyata keçirməsi onun qlobal əməkdaşlığa açdığı qapılardan sadəcə biridir. 2017-ci il sentyabrın 14-də Bakıda ölkəmiz üçün daha bir tarixi əhəmiyyətli hadisə baş verdi. Belə ki, Azərbaycan 6 ölkənin 11 şirkəti ilə 2050-ci ilə qədər "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni saziş imzaladı.

Ölkəmizin enerji siyasətində vacib yer alan bu tarixi hadisə İlham Əliyevin Prezident olduğu dövrün uğurlu xarici və daxili siyasət konsepsiyasının nəticəsidir.

Ölkənin imicinin qəbul edilməsində əsas faktor onun svilizasion xarakteristikasının ifadə dərəcəsidir. Bu, həm də onun davranışının dinamik xarakteristikasını müəyyən edir və öz müasir maraqları haqqında danışmaq imkanları yaradır. Qeyd olunan elmi-nəzəri fikirlərə istinadən, inamla deyə bilərik ki, Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövr yeni modern təfəkkürün idarəetməyə kompleks tətbiqi ilə nəticələnib.

Müstəqilliyinin ilk quruculuq illərində beynəlxalq antiterror əməliyyatlarında müttəfiq olan Azərbaycan, müasir günümüzdə Prezident İlham Əliyevin praqmatik siyasəti nəticəsində antiterror əməliyyatlarının fəal iştirakçısıdır. Terrorizmlə mübarizə və daxili sabitliyin möhkəmləndirilməsi bu illər ərzində ölkəmizin siyasi kursunun oazisində dayanıb.

Yüksək Avropa standartlarına cavab vermək, yeniliyi qəbul etmək və təbliğ etmək qarşıya qoyulan əsas məsələlərdəndir. Avropa məkanına inteqrasiyanın Azərbaycana ancaq xeyir və fayda gətirməsi isə düzgün və ardıcıl siyasətdən asılıdır. Qloballaşma kimi böyük bir ideyanın daxili və ayrılmaz komponenti olan inteqrasiya yolunda milli-mənəvi, dini dəyərlərin, özünəməxsusluğunun qorunub saxlanması və varislik prinsipi əsasında gələcək nəsillərə çatdırılması böyük və gərgin zəhmət tələb edir. İnteqrasiya zamanı dialoq mədəniyyəti elə bir prosesdir ki, bu zaman mütləq milli-mənəvi dəyərlərin tənəzzül etməməsi və aşınmaması istiqamətində olduğu mövqeyindən asılı olaraq hər bir vətəndaş öz vəzifəsini yerinə yetirməli, bu yöndə bütün bilik və bacarığını səfərbər etməlidir. Bu məsələ həm də alim və tədqiqatçıları da narahat etməli, onlar məntiqli fikir və ideyalarını irəli sürməlidirlər. Ancaq əksər ölkələrin timsalında bunun şahidi oluruq ki, qloballaşma prosesi ayrı-ayrı mədəniyyətlərə, millətlərin özünəməxsus dəyərlərinə, elmi-mədəni mühitinə zərbə vurub, yad elementlərin milli mədəniyyətlərin tərkibinə daxil olmasına səbəb olub, bu mədəniyyətlərin zəifləməsi istiqamətində həm uğurlu, həm də uğursuz cəhdlər olub. Prezident İlham Əliyevin ardıcıl praqmatik siyasi fəaliyyəti ilə “Bakı Prosesi”nin əsası qoyulub, ölkəmiz ardıcıl olaraq Beynəlxalq Humanitar forumlara ev sahibliyi edərək dünyaya sivilizasiyaların dialoqu ənənəsini və qlobal mədəni - siyasi dözümlülük ideyalarını əxz etmiş oldu. Həmçinin multikulturalizmin alternativi olmayan prosesə çevrilməsi ideyasının dünya rəsmilərini düşündürməyə sövq edən yeni çağırışlara çevrilməsi ilə yadda qaldı.

Bu gün dünya sistemi qloballaşır, ölkələr inteqrasiyaya doğru gedir, sosial və siyasi proseslər belə desək ümumiləşir. Bu nöqteyi-nəzərdən Azərbaycanda demokratik proseslərin müasir dövrün tələblərinə uyğun, milli inkişaf strategiyası ilə vəhdətdə həyata keçirilməsi olduqca aktual və yenidir. Müasir Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi həyatının hər il davam edən inkişafı dövlətimizin suverenliyinin daha da möhkəmlənməsinə, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun güclənməsinə yeni imkanlar yaradıb. Ölkədə gedən belə uğurlu siyasi kursun təməl prinsiplərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin praqmatik siyasi düşüncə xətti dayanıb.

Beləliklə, əsas ideoloji prinsipləri Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən ölkənin inkişafının siyasi-nəzəri əsasları İlham Əliyev tərəfindən yeni, aktual və ictimaiyyət üçün faydalı amillərlə zənginləşdirildi. Şübhəsiz belə ideyaların məğzini dünyada sabitliyin qorunması, təhdidlərin birgə dəf edilməsi, terrorizmlə mübarizə, multikulturalizmin dövlət siyasətinə çevrilməsi kimi yeni qlobal ideyalara sadiqlik prinsipləri təşkil etmişdir. Xalqın gələcəyini müəyyən edən və cəmiyyətdə əhəmiyyətli çoxluğa malik olan gənclər siyasəti məsələsi bu gün dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 15-də imzaladığı “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam xüsusi əhəmiyyət kəsb edir. Ölkəmizdə gəncliyin inkişafında növbəti mərhələnin təmin edilməsini nəzərdə tutan bu mühüm sənədin əsas məqsədi Azərbaycanda gənclər siyasətini daha da inkişaf etdirmək, onların bütün sahələrdə iştirakına geniş imkan yaratmaqdır.

Etiraf etmək lazımdır ki, müasir dünyada multikulturalizm təkcə mədəni sahələri deyil, həmçinin siyasi həyatı da əhatə edir və bununla da o, ölkənin çoxsaylı ümumi dövlət siyasətinin inkişafında mühüm rol oynayır. Bu gün Prezident İlham Əliyevin uğurlu ideya siyasəti nəticəsində Azərbaycan Respublikası ənənəvi və modern multikulturalizm ölkəsinə çevrilmişdir. Dövlətimizin başçısının Azərbaycan Respublikasına Prezidentliyi dövründə kompleks demokratik siyasi keçid prosesləri mərhələsi böyük uğurla başa çatmış, sosial dövlət və siyasi sabitliyin institusional əsasları qərarlaşıb möhkəmlənmişdir. Azərbaycanda daxili sabitlik, iqtisadi inkişaf və sosial dövlət quruculuğu proseslərinin möhkəm təməllərə malik olduğu sübuta yetirildi. Ölkəyə qoyulan investisiyalar və Azərbaycanın xarici ölkələrə yatırdığı sərmayələrin qarşılıqlı fayda sistemi bərqərar oldu. Regionların sosial-iqtisadi inkişaf proqramları çərçivəsində yeni müəssisə və iş yerlərinin yaranması, əhalinin məşğulluğunun artması davamlı prosesə çevrildi. Və bunun əsas göstəricisi isə dünya reytinqli "Doing business" jurnalında Azərbaycanın insan kapitalı indeksi üzrə 64-cü pillədə qərar tutması, təhsil səviyyəsinə görə 71-ci, əlverişli mühitin mövcudluğu, işçi qüvvəsi və məşğulluğa görə 55-ci yerdə olması ölkəmizdə davamlı inkişaf xəttində aparılan tədbirlərin nəticəsidir.

Prezident İlham Əliyev təhsilin inkişafı üçün də bütün müasir metodların tətbiq olunmasına çalışmış, aparılan ictimai, ideoloji, iqtisadi, adminstrativ mübarizə metodları radikalizmə qarşı mübarizədə də mühüm rol oynayaraq Azərbaycanı müsəlman dünyasının inkişaf etmiş modern ölkəsinə çevirmişdir. Prezident İlham Əliyev bu illər ərzində Dağlıq Qarabağ problemini həllini hər zaman Azərbaycanın Xarici siyasət kursunun prioritet məsələsi hesab edərək, bütün qüvvəsini torpaqlarımızın işğaldan azad edilməsi istiqamətinə səfərbər etmişdir. Ötən il Ali Baş Komandan İlham Əliyevin qətiyyətli əmri ilə aparılan uğurlu aprel döyüşlərində yüksək strateji nöqtələr işğaldan azad edildi. Qarabağa böyük qayıdışın uzaqda olmadığı, ordumuzun böyük uğurlar qazanmağa hazır olduğu aydın oldu. Dövlətimizin başçısı İlham Əliyevin söylədiyi kimi: “Aprel döyüşləri bir daha onu göstərir ki, status-kvo tezliklə dəyişdirilməlidir. Bunu artıq bu məsələ ilə məşğul olan vasitəçilər də dəfələrlə bəyan ediblər. Status-kvonun dəyişdirilməsi işğal edilmiş torpaqların azad edilməsi deməkdir. Əminəm ki, aprel döyüşlərinin nəticələri Ermənistan üçün dərs olacaq, onlar lazimi nəticələr çıxaracaqlar və danışıqlar prosesində konstruktiv mövqe ilə çıxış edəcəklər. Belə ümidlər var. Çünki bir daha demək istəyirəm ki, son bir-iki ay ərzində danışıqlar prosesində çox böyük fəallıq var” .

Azərbaycan regionlarında həyata keçirilən sosial infrastruktur quruculuğu ölkəmizin müasir mənzərəsini səciyyələndirən əsas cəhətlərdən biridir. Ölkəmizdə uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarında ayrı-ayrı bölgələrdə sosial təyinatlı obyektlərin inşasına dair çoxlu sayda müddəalar öz əksini tapıb. Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin bir çoxu artıq reallaşdırılıb. Hazırda regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramı çərçivəsində bütün ölkə boyu sosial təyinatlı obyektlərin inşası və yaxud yüksək səviyyədə yenidən qurulması intensiv şəkildə davam etdirilir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində ölkəmizdə sosial infrastruktur quruculuğu siyasətinin uğurla həyata keçirilməsindən məmnunluq ifadə edərək vurğulayıb: “Sosial infrastrukturla bağlı siyasətimiz uğurla aparılır. Bu ilin əvvəlindən 100-ə yaxın məktəb tikilib, təmir edilib. Bu proses davam etdirilir. İyirmi yeddi tibb ocağı tikilib və təmir edilib. Digər sosial infrastruktur layihələri uğurla icra edilir”.

2017-ci ildə Azərbaycanda “İslam Həmrəyliyi İli”nin elan edilməsi isə yalnız İslam ölkələrinin həmrəyliyi çağırışları deyil, həm də dünyanın bəzi dairələrindən təhdidlərə məruz qalan müsəlman xalqlarına təhdidlərə son qoymaq, sivilizasiyaları dialoqa yeni çağırışlar idi.

Göründüyü kimi, “Multikulturalizm İli”, “İslam Həmrəyliyi İli” və “Azərbaycan Xalq Cümhuriyyəti İli” - bütün bunlar milli maraqlara söykənərək proqram xarakteri daşıyan məsələlərdir. Cari ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması həm də böyüməkdə olan yeni nəslin vətənpərvərlik ideallarının möhkəmlənməsi və azərbaycançılıq məfkurəsinin zaman kontekstində bağlılığı, innovativliyi istəklərini ehtiva edir. “Bu il biz müstəqilliyimizin yüz illiyini qeyd edəcəyik. Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır”,-deyə Prezident bildirib.

Bu nöqteyi-nəzərdən, 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Prezident İlham Əliyevin müvafiq Sərəncamı Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olması yolunda müstəqillik ideallarına əbədi ümumxalq bağlılığın təntənəli təcəssümüdür. Prezidentin rəhbərliyi altında həyata keçirilən tədbirlər isə ölkəmizin "Yenilənən Azərbaycan" modeli fövqündə modernizasiya siyasətinin uğurlu nəticəsidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir