Azərbaycan çempionu braziliyalı futzalçı ilə anlaşıb
Bakı, 23 iyul, AZƏRTAC
“Araz-Naxçıvan” komandası heyətini yeni futzalçı ilə gücləndirib.
Azərbaycan Futzal Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Naxçıvan təmsilçisi bu dəfə braziliyalı Covanni Valerio ilə anlaşıb. Cinah oyunçusu qarşıdakı 1 il ərzində “qırmızı-ağlar”ın uğurları üçün çalışacaq. 26 yaşlı futzalçının son klubu Portuqaliya “Torreense”si olub. O, müxtəlif illərdə “Korintians”, “Jaraqua”, “Marreko” və “Santo Andre” komandalarının da formasını geyinib.
Qeyd edək ki, daha əvvəl Kadinyo, Kayke Aledes De Oliveyra, İlham Alıyev və Lazar Milosavlyeviçi transfer edən, Amadeu və Lukas Romao ilə yeni anlaşma imzalayan son Azərbaycan çempionu Miloş Todoriç, Dioqo Auqusto və Andre Juniorla yollarını ayırıb. Məhəmməd Abbasov və qapıçı Azər Fərmanov isə hərbi xidmətə yollanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:06]
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
- 16.06.2026 [20:13]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:04]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]