Azərbaycan cüdoçuları festivalın komanda yarışında ilk oyunda uduzub
Bakı, 27 iyul, AZƏRTAC
İyulun 27-də XV Avropa Gənclər Olimpiya Festivalının Heydər Əliyev adına İdman Arenasında keçirilən cüdo yarışlarının sonuncu günündə komanda yarışlarında Azərbaycan idmançıları ilk görüşdə Gürcüstan yığmasına 3:4 hesabı ilə uduzublar.
AZƏRTAC xəbər verir ki, komandamızın heyətində oğlanlardan Turan Bayramov (60 kq), Vüqar Talıbov (81 kq), Hüseyn Məmmədov (+81 kq), qızlardan isə Səbinə Əliyeva (48 kq), Aytac Qardaşxanlı (63 kq) və Nərmin Əmirli (+63 kq) güclərini sınayıblar.