AZƏRBAYCAN CÜDOÇULARI TBİLİSİDƏ DÜNYA KUBOKU TURNİRİNDƏ MÜBARİZƏYƏ BAŞLADILAR
Bakı, 24 yanvar (AZƏRTAC). Tbilisidə cüdo üzrə dünya kuboku uğrunda turnir start götürmüşdür.
Yarışda Azərbaycanı 17 idmançı təmsil edir. Artıq ilkin nəticələr məlumdur. Hazırda Azərbaycan idmançıları arasında mübarizəni yalnız 73 kiloqram çəki dərəcəsində yarışan idmançılar davam etdirirlər. Bu çəkidə Paşa Nəbizadə ilk görüşdə Yunanıstan təmsilçisinə qalib gəlmişdir. Cüdoçumuzun növbəti rəqibi gürcüstanlı Zaza Kedalaşvili olacaqdır. Elçin Qasımov Yaponiya, Orxan Dünyamalıyev isə Gürcüstan idmançısı ilə qarşılaşacaqdır. Amil Qasımov isə Yunanıstan idmançısına qalib gəlsə də, ardınca Ukrayna təmsilçisinə məğlub olmuşdur.
Digər çəki dərəcələrində Azərbaycan idmançıları uğursuz çıxış etmişlər. Artıq Samir Dadaşzadə (60 kq), İqor Müşkiyev (60 kq), Tərlan Kərimov (66 kq) çıxışlarını dayandırmışlar. Orxan Hacıağalı (66 kq) və Nadir Babayev (66 kq) isə ilk döyüşdən tatamini məğlub tərk etmişlər.
Dünya kuboku yanvarın 25-də başa çatacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [23:19]
Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi
- 13.10.2026 [22:52]
“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib
- 13.10.2026 [21:21]
Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub
- 13.10.2026 [19:40]
Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb
- 13.10.2026 [19:01]
Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]