İDMAN
Azərbaycan cüdoçusu ikiqat dünya çempionu olub
Bakı, 29 avqust, AZƏRTAC
Azərbaycan cüdoçusu Nihad Məmişov Perunun paytaxtı Limada yeniyetmələr arasında keçirilən dünya çempionatında qızıl medal qazanıb.
AZƏRTAC xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda Monqolustan təmsilçisinə ipponla qalib gəlib. Beləliklə, o, ikinci dəfə mundialda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
50 kiloqramda mübarizə aparan Məhəmmədəli Hüsiyev isə dünya üçüncüsü olub.
Limada yaşayan azərbaycanlılar yarış zamanı cüdoçularımızı yalnız qoymayıblar. Onlar arenada idmançılarımıza sonadək dəstək veriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.09.2024 [17:59]
Komandaların Bakıda təqdim etdiyi texniki yeniliklər
- 13.09.2024 [17:06]
Azərbaycan idmançıları Ümumdünya Köçəri Oyunlarını 7 medalla başa vurublar
- 13.09.2024 [17:00]
Formula 1 Azərbaycan Qran-Prisində ikinci sərbəst yürüş start götürüb
- 13.09.2024 [16:54]
Şəhid ailələri və qazilər Formula 1 yarışlarının fəxri qonaqlarıdır
- 13.09.2024 [16:35]
Azərbaycan Basketbol Liqasının start tarixi və yeni reqlamenti açıqlanıb
- 13.09.2024 [16:13]