Azərbaycan cüdoçusu Zaqrebdə Qran-Pri yarışlarında beşinci nəticə göstərib
Bakı, 30 sentyabr, AZƏRTAC
Cüdo üzrə Azərbaycan komandası Zaqrebdə Qran-Pri yarışlarında start götürüb.
AZƏRTAC xəbər verir ki, Mehman Sadiqov 60 kiloqram çəki dərəcəsində cüdoçuların yarışında almaniyalı Maksimilian Heyder üzərində qələbə qazanıb, sonra Luki Mxeidzeyə qalib gəlib. Amma dörddəbir finalda ippon üsulu ilə Amiran Papinaşviliyə məğlub olaraq təsəlliverici görüşdə iştirak edib.
Mehman birinci döyüşdə britaniyalı Eşli Makkenziyə qalib gəlib, amma bürünc medal uğrunda görüşdə rusiyalı Albert Oğuzova uduzaraq beşinci yerlə kifayətlənib.
Davud Məmmədsoy britaniyalı Samuel Halla qalib gəlib, sonra Türkiyə təmsilçisi Əhməd Kabaya vazari fəndi ilə uduzub.
Azərbaycan yığmasının qadın üzvlərinin hamısı birinci görüşdən sonra uduzublar: Bazarraqça Erdenebat (48 kq) Qabriyel Çibana (Braziliya), Buyanxışıq Purevsuren (52 kq) daha bir Braziliya təmsilçisinə - Cessika Pereyraya, İçinxorlo Munxtsedev (57kq) Kaye Kayzerə məğlub olublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]
Azərbaycanın akrobatika gimnastları dünya çempionu olublar – YENİLƏNİB
- 26.09.2026 [20:21]
Münxen Almaniyanın Olimpiya Oyunlarına namizəd şəhəri seçilib
- 26.09.2026 [18:57]