Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan daim demokratik dəyərlərə sadiq, ölkə əleyhinə yürüdülən saxta siyasətə qarşı mübariz olacaq

Azərbaycan daim demokratik dəyərlərə sadiq, ölkə əleyhinə yürüdülən saxta siyasətə qarşı mübariz olacaq

Bakı, 23 iyun, AZƏRTAC 

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanın bu qurum qarşısında götürdüyü öhdəliklərin müzakirəsi ilə əlaqədar təqdim olunan məruzələr hər dəfə böyük maraq və geniş diskussiyalar doğurur. Yay sessiyasının ikinci iş günündə müzakirəyə çıxarılmış və ölkə üzrə məruzəçilər, ispaniyalı və polşalı deputatlar Pedro Aqramunt və Tadeuş İvinski tərəfindən hazırlanmış “Azərbaycanda demokratik təsisatların fəaliyyəti” adlı məruzə də bu baxımdan istisna təşkil etmədi. Qırxa yaxın deputatın müzakirələrdə fikirlərini bölüşmək üçün çıxışa yazılması bunun əyani sübutudur. Natiqlərin əksəriyyəti Azərbaycanda demokratik islahatlar istiqamətində aparılmış böyük işləri və həmin istiqaməti davam etdirmək səylərini yüksək qiymətləndirdilər.

Diskussiyalarda Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov da çıxış edərək son dövrlərdə xarici mətbuatda və bir sıra beynəlxalq təşkilatlarda ölkəmizə qarşı aparılan çirkin kampaniyaların mahiyyəti barədə danışdı: “Bir xalq və ölkə üçün ən mühüm nailiyyət sayılan müstəqilliyi qazanmaq da, onu qoruyub saxlamaq da çox çətindir. XX əsrin əvvəllərində müsəlman aləmində ilk demokratik respublikanı qurmuş Azərbaycan təəssüf ki, xarici qüvvələrin təsiri ilə az sonra bu müstəqilliyi itirmiş, sonra 70 il onu yenidən bərpa etmək üçün mübarizələr aparmışdır. Ona görə də indi yeni müstəqilliyinin 24-cü ilini yaşayan Azərbaycan bu istiqlalın qədrini bəlkə də eyni faciəni yaşamamış köhnə Avropa ölkələrinin əksərindən daha həssaslıqla duyur. Azərbaycan kimi mühüm geostrateji məkanda yerləşən, zəngin enerji ehtiyatlarına malik, bir sıra ölkələrin daimi maraq dairəsinə daxil olan ölkələr üçün müstəqil qalmaq nə qədər müşküldürsə, müstəqil siyasət apara bilmək bundan dəfələrlə qəlizdir. Elə həmin Cənubi Qafqaz regionunda müstəqilliyi formal səciyyə daşıyan, xarici ölkənin forpostu sayılan, başqa dövlətin ixtiyarı öz əlində olmayan bir quberniyası kimi asılı olan ölkənin varlığı Azərbaycanın nə qədər mürəkkəb bir şəraitdə yaşayıb inkişaf etdiyinə əyani göstəricidir. Bu gün Azərbaycan çiçəklənən, sürətlə inkişaf edən, öz sözü, öz müstəqil siyasəti olan bir dövlətdir və buna mane olmaq istəyənlər də az deyil. Maraqlıdır ki, Azərbaycana qarşı böyük xarici dövlətlərin bilavasitə və ya bir sıra beynəlxalq təşkilatlar vasitəsilə apardığı gizli mübarizə çox zaman insan hüquqları, demokratiya pərdəsi altında həyata keçirilir. Gizlətməyə ehtiyac yoxdur. Azərbaycanı təsir dairəsinə daxil etmək niyyətində olan böyük güclər ölkəmizdə indiki kimi güclü deyil, öz qətiyyəti, iradəsi olmayan, kənardan asanca idarə edilə, yönəldilə bilən bir dövlət başçısı və hakimiyyətin varlığında maraqlıdırlar. Demokratiya, söz azadlığı, insan haqları kimi ciddi dəyərlər təəssüf ki, bu zaman həmin xəbis niyyətləri gerçəkləşdirmək üçün möhtəkirlik vasitəsinə çevrilir. Xarici qüvvələrin belə addımlarla nəzərəçarpacaq uğur əldə edə bilməməsinin əsas səbəbi odur ki, Azərbaycan müxalifəti də, geniş kütlələr də bu cəhdlərin səmimiyyətdən uzaqlığını, mahiyyətcə Azərbaycanın milli mənafeyinə zidd olduğunu anlayır. Bəli, bu gün Azərbaycanda həbsdə “vicdan məhbusu”, “siyasi məhbus” kimi qələmə verilən bir sıra şəxslər var. Onların xeyli hissəsi savadlı, qabiliyyətli, Avropa dillərinə bələd olan insanlardır. Qətiyyən istəməzdik ki, onlar məhbus həyatı yaşasınlar. Lakin istintaq materialları onların bir hissəsinin xarici xüsusi xidmət orqanları tərəfindən ələ alındığını, bir qisminin iqtisadi cinayətlər törətdiyini danılmaz faktlarla sübut edir. Azərbaycana qarşı işləyən iri xarici güclərin son illərdə yürütdüyü siyasətin başlıca elementlərindən biri o qəbildən olan müxtəlif üsullarla ayrı-ayrı zəif iradəli şəxsləri təsir dairəsinə salmasıdır. Çünki casusluğa cəlb edilmiş az-çox tanınmış bir hüquq müdafiəçisinin, bloggerin, jurnalistin ifşa edilərək həs olunmasından sonra bu adlarla spekulyasiya və manipulyasiyalar etmək asandır. Onların casusluğa görə yox, guya məhz siyasi baxışlarına görə həbs edildiyini aləmə car çəkməklə Azərbaycana qarşı işləyən məkrli qüvvələr əlavə əks-təbliğat imkanı qazanmış olurlar. Azərbaycanda demokratik təsisatların bugünkü vəziyyəti ilə əlaqədar irəli sürülən bir çox tənqidi fikirlərin arxasında ya bu ümdə həqiqəti bilməmək, ya da bilib dilə gətirməmək dayanır. Azərbaycan demokratiya, hüquqi dövlət quruculuğu yolu ilə inamla irəliləyir və belə süni maneələrlə, demoqogik təzyiqlərlə onu düz yolundan sapdırmaq mümkün deyil. Elə burada, Avropa Şurası məktəbində demokratik dəyərlərə sadiqlik təcrübələri qazanmış Azərbaycan Prezidenti İlham Əliyev də, həmin ideallara sadiq olan bizlər də həmişə ölkəmizə qarşı tətbiq edilən bu qəbil əsassız, qərəzli, saxta siyasət və cəhdləri rədd edəcək, onlara qarşı ardıcıl mübariz olacağıq. Bu model artıq ifşa edilib. Yaradıcı olun, başqa yollar axtarın!”

Azərbaycanda ilk Avropa Oyunlarının keçirilməsi məsələsinə də toxunan Rafael Hüseynov müəyyən qüvvələrin bu yarışların təşkilinə maneçilik törətmək istəməsinin arxasında məkrli siyasətlərin dayandığını vurğulayaraq dedi: “Hər kəsə bəlli olan təməl həqiqətlərdən başlamaq istəyirəm. İncəsənət incəsənətdir, musiqi musiqidir, idman idmandır, siyasət də siyasət. Amma çox zaman bunun şahidi oluruq ki, incəsənət də, musiqi də, idman da siyasətə çevrilə bilir. Yaxud onlardan ciddi siyasi vasitələr kimi istifadə etməyə çalışırlar. Bu günlərdə Azərbaycanda müasir Avropa tarixinin ən əlamətdar hadisələrindən biri baş verir. Qitənin tarixində ilk dəfə olaraq Avropa Oyunları keçirilir. Qəribədir ki, Panamerika, Asiya, Afrika Oyunlarının keçirilməsinin artıq xeyli yaşı və təcrübəsi olsa da, “köhnə dünya” - Avropa bu Oyunları gerçəkləşdirməyə ilk dəfə qərar verib. Əlli ölkədən 6 min nəfərdən artıq idmançı neçə gündür ki, müştərək bir Olimpiya Kəndinin sakinlərinə çevrilərək başlıca ideyası dostluq, əməkdaşlıq, sülh olan bu mühüm yarışa qatılıb. Mən bir azərbaycanlı olaraq iftixar duyuram ki, Avropa tarixinə “ilk” deyə yazılan bu hadisəyə imzanı Azərbaycan atır. Bənzəri olmayan açılış mərasimini dünyanın onlarca ölkəsində izləyən yüz milyonlarla insan Azərbaycanın bu yarışları necə gözəl təşkil etməsini, ölkəmizin hansı zövqün, hansı yüksək səviyyənin, hansı mütəşəkkilliyin sahibi olduğunu əyani şəkildə gördü. İlk Avropa Oyunlarının möhtəşəm bir Avropa bayramına çevrilən füsunkar açılış mərasiminin insanı valeh edən kadrlarını nümayiş etdirən Euronews bunları vəsf etməyə sözlərin aciz olduğunu duyaraq heyranlığını belə ifadə edirdi: “Şərhsiz”. Lakin bu yarışlar ərəfəsində bəzi Avropa ölkələrində və müəyyən beynəlxalq təşkilatlarda Azərbaycana qarşı ifrat qərəzli mövqe tutan bir qisim üzdəniraq siyasətbazlar müxtəlif böhtanlar, yalanlar uyduraraq xoşagəlməz kampaniyalar aparırdılar. Yarışların Bakıda keçirilməsinə qarşı çıxırdılar, ölkələrə müraciət edərək ilk Avropa oyunlarını boykota çağırırdılar. Amma nəticədə iflasa və boykota uğrayan elə özləri oldular. Bu cür cılız vasitələrlə Azərbaycana və eyni xoşməramlı yolda olan digər ölkələrə maneçilik törətmək istəyənlər anlamalıdırlar ki, belə qərəzli, riyakar, xəbis səylərin nəticəsi həmişə iflas olacaq və konkret olaraq Azərbaycanı belə fitnəkar həmlələrlə müvazinətdən çıxarmaq mümkünsüzdür. Bəs o qara qüvvələr niyə insan haqlarının vəziyyəti ilə həqiqətə zidd olan nağıllar uyduraraq ilk Avropa Oyunlarının Bakıda keçirilməsinin əleyhinə çıxırdılar? Çünki bilirdilər ki, Azərbaycana gələnlər onların yalanlarının, saxta bəyanatlarının əksinə olaraq iqtisadi cəhətdən güclü, inkişaf edən, əhalisi rifah içərisində olan, demokratik dəyərlərə sadiq, dünyaya açıq müasir bir Avropa ölkəsini görəcəklər. Görəcəklər və uydurmalar, yalanlar puça çıxacaq, gələnlərin, həqiqətləri öz gözləri ilə müşahidə edənlərin Azərbaycana rəğbətləri artacaq. Eyni qərəzli yanaşmalara biz Azərbaycanda “Eurovision” müsabiqəsinin keçirilməsi ərəfəsində də şahid olmuşduq. O cür cəhd edənlər hətta burada, Assambleyada da var idi. Nəticə necə oldu? Şərə xidmət edənlər növbəti dəfə onlara çox yaraşan acı məğlubiyyətə düçar oldular. Azərbaycan bütün müqavimətlərə, maneələrə, törədilən əngəllərə baxmayaraq hamımızın ortaq Avropa Evimizin daha bütöv, daha cazibədar olmasına öz növbəti töhfələrini verməyi bacardı. Bütün bunlar bir daha danılmaz şəkildə sübut edir ki, musiqi, incəsənət, idman və digər belə sahələr həm də fəal siyasətdir, iki üzü olan siyasət, müsbət enerjili qüvvələrin təqdimatında ikən birləşdirən, yaxınlaşdıran, həmrəy edən, inkişafa aparan siyasət, mürtəce qüvvələrin önə çıxdığı halda parçalamağa, qarşıdurmalar və nifaq yaratmağa köklənmiş siyasət. Bu günlər Bakıdan, ilk Avropa Oyunlarından hər gün yeni qələbələrin sorağı gəlir. Yarış varsa, təbii ki, orada həmişə qələbə də var. Arzu edək ki, mütərəqqi siyasətlə mürtəce siyasətlərin mübarizəsində zəfər daim birincinin - ədalətin, haqqın olsun! Həyat göstərir ki, belə olur və həmişə də belə olacaq”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb

Turan Məmmədəliyeva: “Arşın mal alan” layihəsinin festivala daxil edilməsi bizim üçün qürurvericidir

Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir

MI5: Çinin kəşfiyyat qurumları Britaniya universitetlərində aparılan tədqiqatlardan istifadə edib

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur

Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə baş tutub

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

“Birliyin Gücü-2026” təlimləri Azərbaycan Ordusunun yeni inkişaf mərhələsi üçün zəmin yaradacaq - RƏY

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib VİDEO

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı regionda yeni investisiya imkanları yaradır - ŞƏRH

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq

Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib - YENİLƏNİB

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar

“ADEX 2026”da ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahlar məlum olub

“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib

İnformasiya Texnologiyaları İnstitutunun rəsmisi: “OpenAI” ilə əməkdaşlıq yeni imkanlar yaradacaq

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

Mustafa Mehmandarov: Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı bu gün də misilsiz qaynaqdır

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub

BMU “ADEX 2026”da müdafiə sənayesi üçün əhəmiyyətli 11 elmi-tədqiqat nəticəsini təqdim edir

Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək

Payızın ilk “Ulduz”u

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər

“Həzrəti-Sultan” muzey-qoruğunun direktoru: Xoca Əhməd Yəsəvinin irsi türk xalqlarını ümumi mənəvi dəyərlər ətrafında birləşdirir

Statistika Şurasının iclasında Milli Statistika Sisteminin inkişaf istiqamətləri müzakirə olunub

Lixtenşteyn millisinin baş məşqçisi: Sabahkı oyunun favoriti Azərbaycan yığmasıdır

Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb

Azərbaycanın turizm brendi Brüssel sammitinin diqqət mərkəzində

“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub

Azərbaycan Ordusunun müasir silah və texnika ilə təminatı istiqamətində mühüm işlər həyata keçirilir - ŞƏRH

Qəbələnin turizm imkanları İstanbulda təqdim olunub

Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq

Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib

“Erkən hisslər” qısametrajlı filmi beynəlxalq festivalda mükafata layiq görülüb

bp “Mərkəzi Azəri” platformasında qazın yenidən laylara vurulma gücünü artırıb

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb

Orta Dəhliz boyunca 14 terminal tikiləcək

Ankaradakı iclasda Azərbaycanda ixracın artırılmasında maliyyə alətlərinin rolundan danışılıb

Qırğızıstanda meşə sahəsi 500 min hektardan çox artıb

Hesablama Palatasında 2027-ci il dövlət büdcəsinin layihəsi müzakirə olunub

Dünya miqyasında məlumat mərkəzlərinin sayı 12 min 259-a yüksəlib

Selçuk Bayraktar: “TEXNOFEST” nəsli Türkiyənin inkişaf lokomotividir

“ADEX 2026”: Azərbaycanın hərbi sənaye potensialının dünyaya təqdimatı – ŞƏRH

Elmir Babayev: Gənc alimin elmi profili mütəmadi yenilənməli, tədqiqat maraqları aydın təqdim olunmalıdır

Hərbi qulluqçuların pensiya təminatı mexanizmi təkmilləşdirilir

“Aspides” missiyası Qırmızı dənizdə 260 gəminin mühafizə və müşayiət tələb etdiyini açıqlayıb

Daniyar Sadvakasov: Xoca Əhməd Yəsəvinin təlimi türk dilinin qorunmasında mühüm rol oynayıb

Bal arısının mikrosporidial xəstəliyinə qarşı bitki ekstraktlarının təsiri araşdırılacaq

Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb

Azərbaycanın müdafiə sənayesində nailiyyətləri hərbi-texniki potensialı gücləndirir – ŞƏRH

İnvestisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir

Aqrar Sığorta Fondu: Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub

Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib