Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan dayanıqlı inkişaf edən ölkə kimi mövqelərini möhkəmləndirir ŞƏRH

Azərbaycan dayanıqlı inkişaf edən ölkə kimi mövqelərini möhkəmləndirir  ŞƏRH

Bakı, 7 yanvar, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində ötən ilin yekunlarını, regionda formalaşmış yeni siyasi reallıqları, Ermənistan-Azərbaycan münasibətlərinin sülh müstəvisinə keçidi, ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsi, eləcə də Amerika Birləşmiş Ştatları, Çin kimi ölkələrlə əlaqələrinin inkişafı istiqamətlərində əldə olunan tarixi uğurları şərh edib, görülən işlər, qarşıda duran vəzifələr barədə fikirlərini bölüşüb.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı bildirib.

O deyib ki, Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, 2025-ci il ölkəmiz üçün tarixi il hesab oluna bilər. Məhz ötən il Ermənistan-Azərbaycan münaqişəsinə siyasi müstəvidə tam son qoyuldu. Xalqımız son bir neçə aydır ki, sülh şəraitində yaşayır. Ərazi bütövlüyünü və dövlət suverenliyini tam təmin edən Azərbaycanın təşəbbüsü ilə hazırlanan sülh gündəliyi beynəlxalq müstəvidə təsdiqləndi. Təbii ki, regionda sabitliyin möhkəmlənməsi, eyni zamanda, iqtisadi fəallığın artması üzrə Azərbaycan tərəfindən atılan addımlar sülhün real nəticələridir və ölkəmizin sülhpərvər mövqeyinin göstəricisidir.

Ötən il xalqımızın Vətən müharibəsində qazanılan parlaq Zəfərin beşinci ildönümünü böyük qürurla qeyd etdiyini söyləyən Mircəlil Qasımlı vurğulayıb: “Müzəffər Ali Baş Komandanın müdrik sərkərdəliyi, ordumuzun gücü, xalqımızın həmrəyliyi Qələbəmizi şərtləndirən əsas amillər oldu. Bu gün dünyada baş verən proseslər fonunda Azərbaycanın hərbi qüdrətini gücləndirməsi zəruridir. Güc amili beynəlxalq münasibətlər sistemində danılmazdır və bu reallıq müasir dünya siyasətinin əsas hərəkətverici mexanizmlərindən biri kimi çıxış edir. Qlobal proseslərin dinamikası da göstərir ki, milli maraqların qorunması və suverenliyin təmin edilməsi güc amilinə söykənən balanslı və praqmatik siyasət tələb edir. Bu baxımdan, Azərbaycan Prezidentinin türk dövlətlərinin birgə hərbi təlimlərinin keçirilməsi təşəbbüsü olduqca mühüm əhəmiyyət kəsb edir”.

Deputat deyib ki, 2025-ci il Azərbaycanın xarici siyasəti üçün olduqca parlaq uğurlarla yadda qaldı. Azərbaycan-ABŞ əlaqələri artıq yeni müstəvidə inkişaf mərhələsinə qədəm qoyub. Dövlətimizin başçısının da bildirdiyi kimi, strateji tərəfdaşlıq xartiyasının hazırlanması üzrə fəal iş aparılır. Azərbaycan Prezidentinin təşəbbüsü olan Zəngəzur dəhlizinin açılmasının ABŞ Prezidenti tərəfindən də dəstəklənməsi olduqca mühüm məqamdır. Azərbaycan Prezidentinin ABŞ-a səfəri çərçivəsində 907-ci düzəlişin dondurulması və sonrakı mərhələdə onun tam ləğvi istiqamətində görülən işlər iki ölkə arasında münasibətlərin inkişaf dinamikasının göstəricisidir.

M.Qasımlı bildirib ki, müstəqil xarici siyasət yürüdən Azərbaycanın Çin ilə əlaqələrinin genişləndirilməsi istiqamətində də ötən il mühüm qərarlar qəbul olundu. Təbii ki, Azərbaycan Prezidentinin Çinə dövlət səfəri, Hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması xüsusi qeyd olunmalıdır. Həmçinin ölkəmizin D-8 təşkilatına, Mərkəzi Asiya Məşvərət Şurasına üzv olması müdrikliklə müəyyənləşdirilmiş xarici siyasət kursunun uğurlarıdır.

Hazırkı geosiyasi şəraitdə nəqliyyat və logistika məsələlərinin xüsusi əhəmiyyət kəsb etdiyini söyləyən deputat bildirib ki, Azərbaycan Prezidenti müsahibəsində bu məsələyə xüsusi yer ayırıb. Mərkəzi Asiyanı Qərblə coğrafi və siyasi baxımdan birləşdirə bilən yeganə etibarlı marşrut məhz Azərbaycan üzərindən keçir. Bu gün dünyada etibarlı tərəfdaş kimi böyük nüfuz qazanan Azərbaycan özünün müasir nəqliyyat infrastrukturu, strateji yerləşməsi, təhlükəsizliyi və sabit inkişafı ilə dünyanın diqqətini cəlb edir və beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar təklif edir. Ölkəmizin ərazisindən daşınan yüklərin həcmi əhəmiyyətli dərəcədə artır və ilk dəfə olaraq tranzitlə daşınan konteynerlərin sayı 100 minə çatıb.

“Beləliklə, bu gün qüdrətli Azərbaycan inkişafının yeni mərhələsində inamla addımlayır. Yeni reallıqlar - sülhün bərqərar olması, regional və qlobal nəqliyyat-logistika sistemində ölkəmizin artan rolu, strateji tərəfdaşlıqların konkret nəticələrlə möhkəmləndirilməsi, eyni zamanda, təhlükəsizlik və müdafiə qabiliyyətinin gücləndirilməsi Azərbaycanın uzunmüddətli inkişaf strategiyasında mühüm rola malikdir. Azərbaycan bu gün yalnız regionda deyil, daha geniş coğrafiyada dayanıqlı inkişaf edən ölkə kimi mövqelərini daha da möhkəmləndirir”, - deyə Milli Məclisin deputatı vurğulayıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib