“AZƏRBAYCAN DİASPORU: REALLIQLAR VƏ PERSPEKTİVLƏR” MÖVZUSUNDA KONFRANS KEÇİRİLƏCƏK
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi noyabrın 9-da Dünya Azərbaycanlılarının I Qurultayının ildönümünə həsr edilmiş “Azərbaycan Diasporu: reallıqlar və perspektivlər” mövzusunda konfrans keçirəcək.
Dövlət komitəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, konfransda Prezident Aparatının, Nazirlər Kabinetinin məsul işçiləri, Milli Məclisin deputatları, Azərbaycanda fəaliyyət göstərən müxtəlif ölkələrlə dostluq cəmiyyətlərinin nümayəndələri iştirak edəcəklər.
Tədbirdə Komitə sədri Nazim İbrahimov geniş məruzə ilə çıxış edəcəkdir. Sonra konfrans iştirakçıları Azərbaycan diasporunun çağdaş problemləri ilə əlaqədar fikir mübadiləsi aparacaq, xaricdə yaşayan soydaşlarımızın Azərbaycan ilə əlaqələrinin möhkəmləndirilməsi üçün müxtəlif təşkilatların təklifləri dinləniləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [21:53]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [16:05]
Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb
- 12.06.2026 [13:47]
Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir
- 12.06.2026 [13:41]