CƏMİYYƏT
Azərbaycan dövləti əlillərə böyük qayğı göstərir
Bakı, 13 noyabr, AZƏRTAC
Azərbaycan dövləti əlillərə böyük qayğı göstərir. Görmə qabiliyyətini qismən və ya tamamilə itirmiş insanların həyatını yaxşılaşdırmaq üçün bir sıra qanunlar və dövlət proqramları qəbul edilib.
Bu fikri jurnalistlərə müsahibəsində Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev səsləndirib. O qeyd edib ki, bu gün Bakıda gözdən əlillər üçün Şahmat və Dama Federasiyasının ofisinin açılışı və “Sərhədsiz incəsənət” layihəsinin təqdimatı olub.
S.Abdullayev vurğulayıb ki, əlillərin pensiyası artaraq 67 manatdan 124 manata çatıb. Gözdən əlillər üçün yaşayış binası tikilib. Bu yaxınlarda Zabrat qəsəbəsində dördmərtəbəli təlim və reabilitasiya mərkəzinin inşası başa çatacaq.