Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan dövləti multikulturalizmə alternativi olmayan mütərəqqi bir siyasət kimi yanaşır

Bakı, 7 oktyabr, AZƏRTAC

Xəbər verdiyimiz kimi, bu günlərdə Varşavada insan ölçüsü üzrə öhdəliklərin yerinə yetirilməsi ilə əlaqədar ATƏT-in müşavirəsi keçirilib. Müşavirənin 29 sentyabr-1 oktyabr tarixlərində keçirilən sessiyalarında Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin baş məsləhətçisi Etibar Nəcəfov da iştirak edib. O, AZƏRTAC-a müsahibəsində müşavirədə müzakirə olunan məsələlər barədə ətraflı məlumat verib.

Dövlət müşavirliyi xidmətinin baş məsləhətçisi müşavirə çərçivəsində iştirak etdiyi bütün sessiyalarda çıxış etdiyini bildirib. “Nifrət zəminində törədilmiş cinayətlərə qarşı mübarizə və ayrı-seçkiliyə qarşı səmərəli müdafiənin təmin edilməsi” adlı sessiyadakı çıxışında Azərbaycan Respublikasının multikulturalizm siyasətindən danışdığını diqqətə çatdırıb. O deyib ki, miqrasiya böhranının kulminasiya həddini aşdığı müasir dövrdə etnik-mədəni müxtəlifliyin tənzimlənməsinə yönəlmiş multikulturalizm siyasəti ciddi problemlərlə üzləşir. Dünyanın, o cümlədən Qərbi Avropanın bir çox dövlətləri hazırkı dövrdə multikulturalizm siyasətinin fiaskoya uğradığını bəyan edərək bu siyasətin cəmiyyətdə sosial-iqtisadi məsələlərin yaranmasına səbəb olduğunu qeyd edirlər. Baş məsləhətçi çıxışında Azərbaycan Respublikasının belə bir çətin dövrdə multikulturalizmə özünün dövlət siyasəti kimi yanaşması və bu sahədə əldə etdiyi böyük nailiyyətləri müşavirə iştirakçılarının diqqətinə çatdırdığını bildirib. Qeyd edib ki, Azərbaycan dövləti multikulturalizmə alternativi olmayan mütərəqqi bir siyasət kimi yanaşır. O, konkret olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə multikulturalizm siyasətinin həyata keçirilməsi sahəsində reallaşdırdığı mühüm layihələr haqqında danışıb. Bildirib ki, belə layihələrdən biri olan “Xarici ölkə universitetlərində “Azərbaycan multikulturalizmi” fənninin tədris olunması” ölkəmizin multikulturalizm sahəsində əldə etdiyi böyük təcrübəyə marağın göstəricisidir. “Azərbaycan multikulturalizmi” fənnini tədris etməyə razılıq verən universitetlər ölkəmizin bu sahədə faydalı təcrübəsini elmi cəhətdən öyrənmək və tətbiq etmək istəyirlər.

Digər sessiyada çıxışında Dövlət müşavirliyinin nümayəndəsi yəhudilərin Azərbaycanda əmin-amanlıq şəraitində yaşamalarından bəhs edib. O, yəhudi xalqının ölkəmizdə qədim dövrdən bəri yaşadıqları, burada heç vaxt antisemitizm hallarının olmadığı, yəhudilərin ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirak etdikləri, onların Azərbaycan torpaqlarının erməni işğalçılarından müdafiə olunmasında qəhrəmancasına vuruşduqları haqqında danışıb. Bildirib ki, son dövrdə dünyanın, o cümlədən Avropanın bir sıra aparıcı dövlətlərində antisemitizm dalğasının qalxması Azərbaycanın bu sahədəki təcrübəsinin yəhudi xalqına münasibətdə apardığı siyasətin əhəmiyyətini artırır. Buna görə heç də təsadüfi deyil ki, məruzədə əks olunan məlumat müşavirə iştirakçıları, xüsusilə də müasir dövrdə ATƏT regionu ölkələrində yəhudi xalqının hüquqlarının müdafiə olunması məsələsini qaldıran qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən maraqla qarşılandı.

Daha bir sessiyada milli azlıqlara mənsub olan şəxslərin hüquqları müzakirə olunarkən E.Nəcəfov çıxışında ölkəmizdə yaşayan udilərin din azadlığı hüquqlarının müdafiə olunması çərçivəsində Alban Apostol aftokefal kilsəsinin bərpası istiqamətində Azərbaycan hökumətinin gördüyü işlər haqqında məlumat verib. Bildirib ki, ölkəmizdə yaşayan bütün xalqların və etnik qrupların din azadlığı hüquqlarının müdafiə olunmasına dövlətimiz xüsusi fikir verir. Bu məsələ Azərbaycan Respublikasının millətlərarası münasibətlər siyasətinin əsas məqsədlərindən biridir.

Baş məsləhətçi deyib ki, müasir dövrdə cəmiyyətdəki etnik-mədəni müxtəlifliklərin tənzimlənməsini təşkil edə bilməyən, sosial-iqtisadi problemlərin artmasının əsas səbəbi kimi qələmə verilən və buna görə də aparıcı Qərb dövlətləri tərəfindən təkzib olunan multikulturalizmi onun Azərbaycan Respublikasının dövlət siyasəti qismində təqdim etməsi iştirakçılarda böyük maraq doğurub. Yaxud dünyanın bir sıra dövlətlərində antisemitizmin baş qaldırdığı bir dövrdə Azərbaycanda yəhudilərin tarixən əmin-amanlıq şəraitində yaşamaları, ölkəmizin inkişafında fəal iştirak etmələri bizə qərəzsiz münasibət bəsləyən heç bir iştirakçını maraqlandırmaya bilməzdi. Ölkəmizdə yaşayan udilərin istəyi ilə Alban Apostol aftokefal kilsəsinin bərpası istiqamətində Azərbaycan hökumətinin gördüyü işlər haqqında məlumatı da tədbir iştirakçıları diqqətlə dinlədilər.

Dövlət müşavirliyinin rəsmisi deyib ki, tədbirdə həmişə olduğu kimi, Ermənistan nümayəndə heyəti bu dəfə də Azərbaycanın sülhsevər, multikultural, tolerant, demokratik, sürətlə inkişaf edən bir ölkə olduğunu ifadə edən mühüm məqamlara qısqanclıqla yanaşaraq böhtan dolu, həqiqətə uyğun olmayan iddialarla çıxış etdi. Ermənistan rəsmisi ölkəsinin insan hüquqları, demokratiya, multikulturalizm, etnik və dini azadlıqların qorunması sahəsində heç bir müsbət göstəricisi olmadığını ört-basdır etmək məqsədilə çalışırdı ki, bu faktları təkzib etsin, onlara öz etirazını bildirsin.

Baş məsləhətçi qeyd edib ki, Varşavada 57 ölkənin, bir sıra beynəlxalq təşkilatların, QHT-lərin iştirakı ilə keçirilən bu iclasda ATƏT-ə üzv olan ölkələr insan ölçüsünə dair konsensus yolu ilə qəbul etdikləri öhdəliklərin yerinə yetirilməsinə dair hesabat verirlər. Burada müxtəlif ölkələrdə insan hüquqları və demokratiyaya dair məsələlər müzakirə edilir, bu sahədə mövcud problemlərin aradan qaldırılmasına dair təkliflər irəli sürülür, mütərəqqi təcrübəni müzakirə edirlər. Bu cür tədbirlərdə iştirak etməklə ölkəmiz ilk növbədə etnik, dini və mədəni müxtəlifliyin qorunması sahəsində əldə etdiyi böyük uğurlarını dünya ictimaiyyətinə çatdırmaq imkanını əldə edir. Azərbaycana dost olmayan qüvvələr bu cür tədbirlərdə ölkəmizə qarşı qərəzli fikirlər səsləndirirlər. Ona görə də belə tədbirlərdə Azərbaycan nümayəndə heyətinin iştirakı olduqca vacibdir.

Sessiyaların birində Almaniyadan olan bir erməni əsilli QHT təmsilçisi çıxışında deyib ki, guya I Avropa Oyunları zamanı Ermənistandan olan idmançılar Azərbaycanda ayrı-seçkiliyə məruz qalmışdılar. Erməniyə cavab verən E.Nəcəfov onun dediklərini bir ritorik sualla təkzib edib: “Əgər Ermənistan idmançıları I Avropa Oyunları zamanı Azərbaycanda belə problemlərlə üzləşmişdilərsə, onda onlar niyə bu yaxınlarda şahmat turnirində iştirak etmək üçün yenidən Azərbaycana gəldilər?”

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib