Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan ərazilərində məskunlaşdırma siyasəti türklərin soyqırımlarına münbit şərait yaratdı - Araşdırma

Azərbaycan ərazilərində məskunlaşdırma siyasəti türklərin soyqırımlarına münbit şərait yaratdı - Araşdırma

  Bakı, 31 mart, AZƏRTAC

“Erməniləşdirilmə siyasəti” ruslar tərəfindən düşünülmüş, əsası 1828-ci ildə Rusiya və İran arasında bağlanan “Türkmənçay” “sülh” müqaviləsindən sonra ruslar tərəfindən qoyulmuş və ermənilər vasitəsilə həyata keçirilən tarixi termindir.

Bu fikirlər AMEA A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılovun “Azərbaycan ərazilərində tətbiq edilən məskunlaşdırma siyasəti türklərin soyqırımlarına münbit şərait yaratdı” adlı məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Erməniləşdirilmə prosesi Azərbaycan ərazilərindən başlayaraq sonralar Türkiyə, Gürcüstan və İran ərazilərini də əhatə etdi. Məhz erməniləşdirilmə siyasətinin nəticəsidir ki, hal-hazırda Azərbaycanın coğrafi ərazisi, 1813-cü ildə 410 min kvadratkilometr olduğu halda, erməniləşdirmə siyasəti nəticəsində bu ərazilər mənimsənilərək 86,6 min kvadratkilometrə qədər azaldıldı. Azərbaycan torpaqlarının erməniləşdirilməsi, ərazilərin zəbt edilməsi, mənimsənilməsi, əhalinin etnik təmizləmə siyasəti ilə bərabər aparıldığından indi artıq işğal olunmuş Azərbaycan ərazilərində (Dağıstan və Borçalı bölgələri istisna olunmaqla) bir nəfər də olsun azərbaycanlı qalmayıb.

Sisian

Azərbaycan torpaqlarının erməniləşdirilməsi nə deməkdir?

Erməniləşdirilmə - Azərbaycan torpaqlarının dini, etnik, siyasi, mədəni, coğrafi və tarixi baxımdan rusların təhriki və iştirakı ilə zorla dəyişdirilərək ermənilərə bağışlanmasını təmin etmək, Azərbaycan ərazilərini erməni milləti üçün əbədiləşdirmək və eyni zamanda, bu torpaqların erməni millətinə məxsusluğunu “sübut” etmək üçün müxtəlif uydurma “sübutlar”, “dəlillər” toplayaraq beynəlxalq ictimaiyyəti inandırmaq üçün məqsədli şəkildə davamlı təbliğat kampaniyası aparmaq, öz torpaqlarını və əmlaklarını xoşluqla ermənilərə təslim etmədikdə əsgəri qüvvələrin, həmçinin separatçı, terrorçu, kriminal təyinatlı silahlı dəstələrin köməyi ilə öz ərazilərindən zorla qovulmasını həyata keçirən zorakı aksiyadır.

Mehri

Ermənilər bu çirkin əməllərini həyata keçirmək üçün hətta müxtəlif ölkələrin arxivlərindəki Azərbaycanın əraziləri ilə bağlı əldə etdikləri sənədləri, eləcə də tarixi məlumatları və yazılı mənbələri ya tamamilə inkar edir, ya da məzmunlarını dəyişdirərək erməniləşdirirlər. 1828-ci ildə rus çarı I Nikolayın fərmanı ilə Alban kilsəsi ermənilərə tabe etdirildikdən dərhal sonra, ermənilər albanlara məxsus mədəni irsi, erməni “mədəniyyətinə” aid olduğunu elan etdilər. Onlar, eyni zamanda, alban dövrü yazılı məlumatlarını da erməni dilinə tərcümə edərək materialların əslini məhv etməyə başladılar.

Axta şəhəri. Dərəçiçək mahalı

Eyni fəlakət alban tarixçisi Moisey Kalankatuklunun “Alban tarixi” kitabının da başına gətirildi. Belə ki, müəllif öz ana dilində yazdığı bu kitabı hal-hazırda yalnız erməni dilində əldə etmək mümkündür. Ermənilərin bu oğurluqları erməni millətindən olanların bütün təbəqələrini əhatə edərək, hətta Azərbaycanın dövlət orqanlarında ermənilərin yüksək vəzifə tutmuş şəxslərini də əhatə etmişdir. 2009-cu ilin martında Ermənistanın “Qospirint” nəşriyyatı tərəfindən ingilis, rus və erməni dillərində Şagen Mıkırtıçyan və Şors Davityan adlı erməni müəllifləri tərəfindən buraxılan “Şuşa: şəhərin faciəli həyatı” kitabının “Fon Şuşi v fotoprizrakax” adlanan dördüncü fəslində qeyd edilir ki, Dağlıq Qarabağla bağlı 1922-ci ilə aid bir çox arxiv sənədləri və fotoşəkillər, bir zamanlar Azərbaycanın Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi işləmiş Levon Mirzoyan tərəfindən oğurlanaraq Ermənistana ötürülmüşdür.

Qafan

Qafan

Üçkilsə

Eləcə də Zaqafqaziya Federasiyası, Mərkəzi İcraiyyə Komitəsinin təşəbbüsü ilə arxiv üçün lentə alınmış, Dağlıq Qarabağ Muxtar Vilayətinin coğrafi ərazilərinin və tarixi yerlərinin əks olunduğu materialları 1980-ci ildə Marksizm-Leninizm İnstitutunun Bakı filialının kitabxana müdiri işləmiş Nina Abqorovna Manqasaryan tərəfindən oğurlanaraq müxtəlif yerlərdə gizlədilmiş, 10 il sonra, yəni, 1990-cı ildə Ermənistanın müvafiq orqanlarına təhvil verilmişdir.

İndiki Ermənistanın xeyrinə bu cür oğurluqların və digər aksiyanın “uğurla” həyata keçirilməsini strateji cəhətdən yüksək qiymətləndirən imperiyapərəst ideoloqlar, Azərbaycan ərazilərinin erməniləşdirilməsini reallaşdırmaq və bu əraziləri ermənilərə təslim etmək üçün aşağıdakı adları çəkilən zəruri tədbirlərin həyata keçirilməsini həmişə vacib hesab edirdilər.

Rusların məskunlaşdırılma siyasəti Azərbaycanda necə başa düşülür?

Azərbaycanda məskunlaşdırılma siyasəti, qabaqcadan müəyyən edilmiş münbit, strateji cəhətdən əlverişli, bol təbii resurslara malik Azərbaycan torpaqlarında kompakt şəkildə ermənilərin məskunlaşdırılması kimi başa düşülür.

İrəvan Opera teatrı

Məskunlaşdırılma 1828-ci ildən başlayaraq, həmişə Rus imperiya siyasətinin vacib aspektlərindən sayılmışdır. Bu prosesin başlandığı ilk illərdə, rus dövlətinin böyük miqdarda maliyyə vəsaiti və əsgəri qüvvələri cəlb edilmişdi. Məskunlaşdırılma prosesi zamanı, bir çox hallarda öz evlərini və əmlaklarını könüllü olaraq ermənilərə təslim etməyən azərbaycanlıların öldürülməsi və zorla evlərindən qovulması üçün xüsusi göstəriş verilmişdi. Gizli erməni-rus razılaşmasına əsasən, hətta ən adi erməni millətindən olanların belə azərbaycanlıların əmlakını əlindən almaq, zor tətbiq edərək yaşadığı ərazidən qovmaq və öldürmək hüquqları var idi. Bu siyasət az sonra Cənubi Qafqazda Erməni separatizminin və erməni terrorunun daha da güclənməsinə və inkişaf etdirilməsinə gətirib çıxardı.

Azərbaycan torpaqlarında ermənilərin məskunlaşdırılması barədə hətta bir çox erməni tarixçilərinin yazdıqları da maraq kəsb edir. 1918-1920-ci illərdə rusların məskunlaşdırma siyasətini müşahidə edən erməni tarixçisi A.A.Lalayan gördüyü bir məqamın necə baş verdiyini belə təsvir edirdi: - “…türk qadınlarının və uşaqlarının, qocaların və yeniyetmələrin məhv edilməsində daşnak dəstələri maksimum şücaət göstərirdilər. Erməni daşnak dəstələrinin ələ keçirdiyi Azərbaycan kəndləri canlı insanlardan azad olunur və eybəcərləşdirilmiş meyitlərlə dolu xarabalığa çevrilirdi”.

Səlim Karvansarası Qərbi Azərbaycan

Məskunlaşdırma siyasəti, 1828-ci ildə Rusiya-İran müharibəsindən sonra, Rusiya və İran arasında Türkmənçayda bağlanan sülh müqaviləsindən və Rusiyanın İranla sərhədi arasında bir xristian dövlətinin yaradılması ideyasından sonra meydana gəlmişdi. Məskunlaşdırma siyasəti həmişə Rusiyanın dövlət vəsaiti və hərbi qüdrəti hesabına həyata keçirilmişdi. Rusiyanın Cənubi Qafqazda ilk məskunlaşdırma siyasəti, Rusiya-İran müharibəsindən sonra, İranla Rusiya arasında 1828-ci ildə bölüşdürülən Azərbaycan torpaqları üzərində gerçəkləşdirilmişdir.

Gümrü. Yaşayış evi

  Bu barədə rus tarixçisi N.İ.Şavrov özünün “Zaqafqaziyada rus işinə təhlükə” adlı əsərində yazırdı: “1826-1828-ci illər müharibəsindən sonrakı iki ildə, yəni 1828-ci ildən 1830-cu ilədək Zaqafqaziyaya İranın Xoy, Səlmas və Marağa əyalətlərindən 40 min erməni və eləcə də 84.600 Türkiyə ermənisi köçürülmüşdür və onlar erməni millətinin az yaşadığı Yelizavetopolun və İrəvan quberniyalarının ən yaxşı torpaqlarında yerləşdirilmişdir”. Bu faktı 1986-cı ildə İrəvan Dövlət Universitetinin nəşr etdirdiyi çoxcildlik “Ermənistan və ətraf rayonların toponim lüğəti” kitabı bir daha təsdiq edir. Orada göstərilir ki, Ermənistan ərazisindəki erməni kəndlərinin 70 faizindən çoxunda “əvvəlki sakinlər 1828-1829-cu illərdə Türkiyə və İrandan gəlmiş erməni mühacirlərdir”.

Rus siyasətçiləri içərisində Azərbaycan torpaqlarının erməniləşdirilməsinə qarşı çıxanlar da var idi. O dövrdə Şavrov Rusiyanın Cənubi Qafqazdakı müstəmləkəçilik siyasətində ermənilərdən istifadə edilməsinə etiraz olaraq yazırdı:

Dmanisi. Antik qala

“Biz müstəmləkəçilik fəaliyyətimizə Zaqafqaziyada rusların deyil, bizə yad olan bir millətin yerləşdirilməsindən başladıq. Onları, həmçinin Tiflis quberniyasının Borçalı, Axıska və Axilkələk qəzalarında yerləşdirdik. Nəzərə almaq lazımdır ki, 124 min rəsmi köçürülən ermənilərlə yanaşı, qeyri-rəsmi şəkildə köçənlər də çox olmuşdur və ümumiyyətlə, köçənlərin sayı 200 min nəfərdən xeyli artıqdır”. 1890-cı illərdə Türkiyədə baş verən erməni üsyanları nəticəsində daha 400 minə yaxın erməni bu ərazilərə köçüb gəlmişdi. N.Şavrov daha sonra qeyd edirdi ki, XX əsrin əvvəllərində Zaqafqaziyada yaşayan bir milyon üç yüz min erməni əhalinin bir milyonu yerli əhali deyil, rusların vasitəsilə məskunlaşdırılanlardır. Bütün bu məskunlaşdırılma siyasəti keçən əsrin əvvəllərində Quba, Şamaxı, Şuşa, Gəncə şəhərlərində, Qarabağ və Zəngəzur regionlarında türklərə qarşı törədilən qırğınların kütləviləşməsinə səbəb oldu.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir