“Azərbaycan florası” çoxcildliyi nəşr olunacaq
Bakı, 14 fevral, AZƏRTAC
Ölkəmizdə ilk dəfə olaraq Azərbaycan dilində “Azərbaycan florası” çoxcildliyi nəşr olunacaq.
Bu barədə AZƏRTAC-a müsahibəsində Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun baş direktoru professor Səyyarə İbadullayeva məlumat verib. Professor bildirib ki, artıq həmin kitabın nəşrə hazırlanması üçün müəyyən işlərə başlanılıb.
Özbəkistan, Çin, Böyük Britaniya, Türkiyə, Macarıstan və digər ölkələrin florası haqqında məlumatlar əldə olunub.
Əvvəllər Azərbaycan florasında 4 min 200 bitki növü qeydə alınmışdı. Son illərdə aparılmış elmi-tədqiqatlar nəticəsində yeni bitki növləri də tapılıb. Beləliklə, Azərbaycan florasında artıq bitki növlərinin sayı 4 min 700-dən çoxdur.
On cilddən ibarət nəşr olunacaq “Azərbaycan florası”nda qeydə alınmış bütün bitki növləri haqqında məlumatlar veriləcək. Bu çoxcildlik Azərbaycan elmi, xüsusilə botanika elmimiz üçün dəyərli mənbə olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [11:47]
Qafqaz Albaniyasının irsi sistemli şəkildə araşdırılmalıdır
- 19.09.2026 [21:06]
“Yeni tədris ili: məktəbdə keyfiyyətli başlanğıc” konfransı keçirilib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar
- 19.09.2026 [23:42]
Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub
- 19.09.2026 [23:25]