Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan gəncləri qüdrətli ölkənin vətəndaşı, müzəffər xalqın nümayəndələridir

Azərbaycan gəncləri qüdrətli ölkənin vətəndaşı, müzəffər xalqın nümayəndələridir

Bakı, 2 fevral, AZƏRTAC

Azərbaycan xalqının gənc nümayəndələri hər zaman fəal olub, tarixən baş vermiş proseslərin önündə gediblər. Məhz onların qurduğu dövlətlər öz qüdrəti və əzəməti ilə dünya tarixində dərin iz qoyub. Hətta təcavüzkarlara qarşı mübarizədə, milli azadlıq mücadilələrində, milli dirçəlişimizdə nümayiş etdirdikləri rəşadətlə yeni-yeni nəsillərə örnək olublar. Hər səhifəsi qəhrəmanlıq dastanı olan şanlı tariximizi vərəqlədikcə gənclərimizin mədəniyyət, incəsənət, ədəbiyyat və digər sahələrdə də yaradıcılığına heyran qalmamaq mümkün deyil. Onlar bilik və bacarığı, parlaq istedadı ilə bu sahənin zənginləşməsinə, xalqımızın maariflənməsinə əvəzsiz töhfələr veriblər. Onların ideyaları, yaradıcılığı xalqımızın milli sərvəti kimi daim qorunur və növbəti nəsillərə ötürülür.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, sovet hakimiyyəti illərində də Azərbaycan gəncləri öz fəallığı ilə seçilib, milli kimliyimizin qorunmasında, müstəqillik ideyalarının yaşamasında səylə çalışıblar. Rejimin sərtliyi, göstərilən təzyiqlər və qanlı repressiyalar onları qorxuda bilməyib. Azərbaycan gəncləri daha bir qəhrəmanlıq dastanını 1941-1945-ci illər müharibəsində yazdılar. Nümayiş etdirdikləri şücaətlə Alman faşizmi üzərində qələbədə böyük pay sahibi oldular. Heç də təsadüfü deyil ki, 130 azərbaycanlı gənc Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Onlar döyüş rəşadəti ilə əsl qəhrəmanlıq nümunəsi oldular. Sovet hakimiyyəti illərində Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyev fəaliyyətinin hər bir məqamında gənclərin yanında oldu, onlara hər cür dəstəyi verdi. Məhz onun dövründə gənclərimiz ittifaqın ən nüfuzlu ali təhsil müəssisələrinə göndərilir, peşəkar kadr və yüksəkixtisaslı mütəxəssis kimi yetişmələri üçün bütün şərait yaradılırdı. Həmçinin kadr siyasətində gənclərə üstünlük verilir, yüksək vəzifələrə irəli çəkilirdilər.

“Dövlətimizin müstəqilliyinin bərpasında, Birinci Qarabağ müharibəsində gənclərin misilsiz xidmətlərini saymaqla qurtarmaq olmaz. Bir onu demək kifayətdir ki, bu yolda şəhidlərimizin böyük əksəriyyətini gənclər təşkil edirdi. Onlar dövlətimizi, Vətənimizi hər şeydən uca tutdular, bu yolda canlarından belə keçməyə hazır oldular. Xalqımızın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyevin ətrafında sıx birləşən gənc nəsil böhrandan çıxış yolunu yalnız Ulu Öndərin şəxsində gördülər. Dövlətimizin qurulmasında, müstəqilliyimizin qorunmasında fədakarlıqla mübarizə apardılar. Qısa müddətdə ölkəmizi məhv olmaqdan xilas edən dahi lider gənclər siyasətini prioritet istiqamətə çevirdi. Onun gənclərlə bağlı imzaladığı fərman və sərəncamlar dövlətimizin ictimai-siyasi həyatında gənclərin parlamasına, aktiv iştirakına geniş imkanlar açdı. Onların yüksək səviyyədə təhsil almaları üçün normal şərait yaradıldı, xarici ölkələrin ali təhsil müəssisələrinə tələbələrin göndərilməsinə başlanıldı. Məhz bu siyasətin nəticəsi olaraq artıq 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər müxtəlif ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı. Heydər Əliyev istedadlı gəncləri xüsusilə diqqətdə saxlayırdı, onların hərtərəfli inkişafına hər cür dəstəyi verirdi. 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması, gənclərin forumlarının keçirilməsi, fevralın 2-si tarixinin Azərbaycanda Gənclər Günü elan edilməsi onların cəmiyyətdə rolunun və nüfuzunun artmasında, ölkəmizin inkişafında iştirakının və məsuliyyətinin yüksəlməsində, ölkə gəncləri arasında fikir mübadiləsinin aparılmasında əhəmiyyətli rol oynadı”, - deyə AHİK sədri bildirib.

“Bütün sahələrdə olduğu kimi, Ulu Öndər Heydər Əliyevin gənclərlə bağlı siyasətini yüksək peşəkarlıqla davam etdirən Prezident İlham Əliyev onların potensialının gerçəkləşməsi, vətənpərvər ruhda böyüməsi, bilikli və bacarıqlı kadr kimi formalaşması istiqamətində əhəmiyyətli işlər gördü. Məhz dövlətimizin başçısı İlham Əliyevin qayğısının və bu sahəyə olan diqqətinin nəticəsidir ki, gənc nəslin ictimai-siyasi həyatda rolu durmadan artır, ölkənin əsas aparıcı qüvvəsini təşkil edirlər, həmçinin onlarda öz gücünə, istedadına, bacarığına inam hissi güclənib. 2007-ci ilin “Gənclər İli” elan edilməsi gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında aktiv fəaliyyətinə əlverişli şərait yaratmış oldu. Ulu Öndərin siyasətinin davamı olaraq dövlətimizin başçısı İlham Əliyev də gənclərin təhsil məsələsini prioritet hesab edir, onların qabaqcıl xarici təhsil proqramlarına cəlb edilməsi üçün ardıcıl sərəncamlar verir. Bu sahədə icra olunmuş dövlət proqramları nəticəsində 5000-dən çox gənc dünyanın nüfuzlu ali məktəblərində təhsil alıb. Dövlətin dəstəyi sayəsində gənclərin dünyanın 32 ölkəsinin 350-dən çox ən nüfuzlu ali təhsil müəssisəsində təhsil almaları məqsədilə ümumilikdə 3558 təqaüd verilib və bu məqsədlər üçün 200 milyon manat vəsait xərclənib. Həmçinin “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın icrası müddətində 2000 nəfərədək gəncimiz xaricdə bakalavriat və magistratura səviyyələrində təhsil alması təmin ediləcəkdir”, - deyə Milli Məclisin deputatı bildirib.

Azərbaycan gənclərinin inkişafında Heydər Əliyev Fondunun xidmətlərinin misilsiz olduğunu diqqətə çatdıran S.Möhbalıyev vurğulayıb: “Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə elm, təhsil, mədəniyyət, səhiyyə, idman sahələrində müxtəlif layihələr həyata keçirilir, yaradıcı gənclərin potensialının aşkara çıxarılmasına, bilik və bacarıqlarının dəyərləndirilməsinə yüksək səviyyədə köməklik göstərilir, onların fərdi və peşəkar inkişafına hər cür dəstək verilir”.

AHİK sədri bildirib ki, 2020-ci ildə qəhrəman Azərbaycan gəncləri dünyanın hərb tarixində yeni səhifə açdı, Vətənə, torpağa olan sonsuz sevgiləri ilə beynəlxalq ictimaiyyətin diqqət mərkəzində oldular. Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruğa dönərək tarixi missiyanı uğurla tamamladılar, xalq və Vətən qarısında borclarını şərəflə yerinə yetirdilər. Vətən müharibəsi bir daha təsdiqlədi ki, gənclərimiz dövlətə sədaqət, Vətənə sevgi ruhunda tərbiyə alıblar və hər zaman müstəqilliyimizin, suverenliyimizin, dövlətçiliyimizin keşiyindədirlər. Bu misilsiz xidmətlərinə görə, biz igid oğul və qızlarımıza hər zaman minnətdarıq. İnanırıq ki, gələcək nəsillər də bugünkü gənclərimizdən nümunə götürəcək, Vətənimizi ləyaqətlə qoruyacaqlar”.

S.Möhbalıyev əlavə edib ki, səlahiyyətləri daxilində Azərbaycan həmkarlar ittifaqları da dövlətimizin gənclər siyasətinə fəal dəstək verir. Həmkarlar ittifaqı üzvlərinin 38,5 faizini gənclər təşkil edir. Biz də onların həmkarlar ittifaqlarının fəaliyyətində yaxından iştirakını yüksək qiymətləndirir, təşkilatın gələcək inkişafının və daha da möhkəmlənməsinin əsas mənbəyi hesab edirik. Hazırda sahə həmkarlar ittifaqlarının böyük əksəriyyətində gənclər şurası fəaliyyət göstərir və gənclərlə mütəmadi iş aparılır. Şuralar gənclərin tələbatına cavab verən strategiyanın, kollektiv müqavilələrin və sazişlərin işlənib hazırlanmasında, peşə ustalığı üzrə müsabiqə və baxışların keçirilməsində fəallıq göstərirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xəzərin Qazaxıstan sahillərində dayazlaşma səbəbindən yeni quru sahələri yaranıb

Şimal-qərb bölgəsinin iki məzunu Prezident təqaüdünə layiq görülüb

Türk jurnalist: Azərbaycanın təhsil siyasəti və dövlətçilik prinsipləri ölkənin suveren qərarlarına əsaslanır

Təhsil məsələlərinin manipulyasiya edilməsi cəhdlərinə qarşı cəmiyyət ayıq-sayıq olmalıdır - ekspert

Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatına heç-heçə ilə başlayıb

Azərbaycan-Qırğızıstan əməkdaşlığı Türk dünyasında tərəfdaşlıq mühitinin möhkəmlənməsinə töhfədir ŞƏRH

Dillər Universitetində Çinin “Çunyan” bayramı münasibətilə tədbir keçirilib

Naxçıvanda ÜDM istehsalı 3,5 faiz artıb

Sabahdan Novxanı-Pirşağı kanalizasiya kollektorunun tikintisinə başlanılır

Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir – ŞƏRH

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Məktəbli forması, vicdan azadlığı və dünyəvilik: sərhədlər necə müəyyənləşir?

Türk siyasi ekspert: Orta Dəhliz Avrasiyanın yeni geosiyasi reallıqlarında mühüm rol oynayır

“Slaviya”da oynamış azərbaycanlı futbolçu: "Sabah" rəqibin boşluqlarından istifadə edə bilər

Soltan Soltanlı Serbiyada keçirilən beynəlxalq yarışmada üçüncü yeri tutub

Akademik Faiq Bağırzadənin biblioqrafik göstəricisi nəşr olunub

Beyləqan pambıqçıları qısa vaxtda 3600 tondan çox məhsul toplayıblar

YAP Türkiyənin siyasi dairələrini Azərbaycanın suverenliyinə və daxili işlərinə hörmət etməyə çağırıb

Azərbaycanda ilk dəfə: ADU-da suahili dilinin tədrisinə başlanılıb

Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib

Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı sahəsində xidmətlərin həcmi 10 faiz artıb

Nazir: Respublika Olimpiya İdman Liseyinin zallarında dünya çempionları yetişib

Belçikada polis əməkdaşı əməliyyat zamanı öldürülüb

Ukrayna ordusu Kursk vilayətində “İskander-M” kompleksinin təmir bazasını vurub

Bolqarıstan sahillərində iki gəmiyə hücum edilib, 8 Azərbaycan vətəndaşı xəsarət alıb

Tələbələr üçün faydalı mənbə: “Heyvan biotexnologiyası” dərs vəsaiti çapdan çıxıb

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

Dövlət qulluğu üzrə imtahan verəcək namizədlərin nəzərinə: buraxılış vərəqələri aktiv edildi

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib YENİLƏNİB

Laos Prezidenti Zəfər parkını ziyarət edib

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyəyə çatıb

Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib

Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır

Leyla Məmmədova: Təhsil millətin gələcəyidir, bu yol isə məktəbdən başlayır

“Ryanair” Budapeştdən Böyük Britaniyaya yeni aviareys açır

Səbail rayonunda su təchizatı bərpa olunub

UEFA-dan Əliyar Ağayeva növbəti təyinat

92 nömrəli marşrutun bütün avtobusları yenilənir

Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur

Azərbaycanlı hakim Avropa Liqasının oyununa təyinat alıb

Borclunun qiymətli kağızlarına tələbin yönəldilməsi mexanizmi müəyyənləşdirilir

Bu ilin III rübündə bp şirkəti 3 milyard funt sterlinq itki proqnozlaşdırır

Beynəlxalq platformalarda sədrlik Azərbaycanın xarici siyasətində yeni imkanlar yaradır ŞƏRH

“Sabah”ın Çempionlar Liqasındakı rəqibi baş məşqçi ilə müqavilənin müddətini uzadıb

Respublika Olimpiya İdman Liseyinin əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub

Hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq

“Texniki tənzimləmə haqqında” Qanuna yeni maddə əlavə edilir

İstanbulda ədəbi-bədii proqram: “Zəfər yolundan Türk dünyasına”

Hava gəmisi heyətinin uçuş vaxtı, iş vaxtı və istirahət vaxtı tənzimlənəcək

Gürcüstan Rusiya ilə sərhəddə müasir keçid məntəqəsi inşa edib

“Real Madrid”dən ayrılan Daniel Karvahal “Xetafe”yə keçib

Kiprin iki icmasının liderləri BMT Baş katibinin təşəbbüslərini müzakirə edəcəklər

“Bug bounty” proqramına start verilir

Balıqçılıq sahəsində nəzarət və aqrar müəssisələr üçün ƏMTQ meyarları dəyişdirilir

Dünyada bütöv bir saat naminə “uzun saniyə” meyarından imtina edilə bilər

Avtomobil və motosiklet toqquşub, 2 gənc ölüb

Avtomobil və motosiklet toqquşub, 2 gənc ölüb

Bolqarıstanda Azərbaycanın müstəqilliyinin bərpasının 35-ci ildönümü qeyd olunub

Azərbaycanla Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının əməkdaşlıq məsələləri müzakirə olunub VİDEO

Azərbaycanla Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının əməkdaşlıq məsələləri müzakirə olunub VİDEO

Parlament Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik müqaviləsini təsdiqləyib

Milli Məclis Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Katibliyi haqqında sazişi təsdiqləyib

Prezident Thonqlun Sisulit: Azərbaycanın inkişafının şahidi oluram

“Bakı Metropoliteni” QSC: “Sabah”ın matçı ilə əlaqədar Qırmızı xətdə iş rejimi dəyişdiriləcək

Kənd təsərrüfatı məhsulu istehsalı 1,1 faiz artıb

Laos Prezidenti: Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları ölkəmizə daha çox sərmayə yatıracaqlar

® “Bir” rəqəmsal bankçılıq təcrübəsini “Istanbul Fintech Week” tədbirində təqdim edib

® PAŞA Holding tərəfindən təşkil edilən “Əlaçı” Təqaüd Proqramının 2026-2027-ci tədris ili üçün açılış tədbiri keçirilib

ÜST epidemioloji təhlükələrin vaxtında aşkarlanmasını hədəfləyən yeni strategiya elan edib

Sənaye sektorunda 51,2 milyard manatlıq məhsul istehsal edilib

Beynəlxalq Təbii Fəlakət Risklərinin Azaldılması Günü qeyd olunur

Azərbaycanda ÜDM istehsalı 1,5 faiz artıb

Gürcüstan və Özbəkistan rəsmiləri Orta Dəhlizin perspektivlərini müzakirə ediblər

Beynəlxalq Valyuta Fondu: Bu il qlobal iqtisadi artım cəmi 3,1 faiz olacaq

Tozsoran və soyuducular da hakerlərin hədəfində: minlərlə cihaz uzaqdan idarə oluna bilər

İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclasına dair memorandum təsdiqlənib

Gəncədə Beynəlxalq Şahmat Festivalı start götürüb

“İmişli” klubu baş məşqçisi ilə yollarını ayırıb

Gürcüstanın xarici ticarət dövriyyəsi 9,2 faiz artıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 13 oktyabr

Azərbaycan Prezidenti: Laos bizim üçün dost ölkədir

Prezident İlham Əliyev: Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb

Vüsal Xəlilov: Ani Ödənişlər Sistemi genişləndiriləcək və fintexlər üçün yeni imkanların yaradılacaq

BMT-nin ekspertlərindən xəbərdarlıq: Sudanda aclıq təhlükəsi artır

Azərbaycanla Qlobal Cənub ölkələri arasında siyasi və iqtisadi əməkdaşlığın perspektivləri – ŞƏRH

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNƏCƏK

Prezident: Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir

İtaliyanın Baş naziri yanacağın qiymətlərinin artması ilə bağlı Avropa İttifaqı rəhbərliyinə müraciət edib

Lənkəranda ər arvadını və azyaşlı oğlunu bıçaqlayıb

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Oxfam Fransanı məhkəməyə verməyə hazırlaşır

İcraçı direktor: Türkiyə ilə Azərbaycanın maliyyə texnologiyaları sahəsində əməkdaşlığının genişləndirilməsi vacibdir VİDEO

İcraçı direktor: Türkiyə ilə Azərbaycanın maliyyə texnologiyaları sahəsində əməkdaşlığının genişləndirilməsi vacibdir VİDEO

Azərbaycan Prezidenti: Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir

Tolerantlıq həyat tərzimiz, təhsil isə milli təhlükəsizliyimizin təminatıdır - Coşqun Məmmədov

Gürcüstan Müdafiə Qüvvələrinin sayı gələn il 37 min nəfər olacaq

Prezident İlham Əliyev: Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək

Banklar Assosiasiyasının prezidenti: Türk dövlətlərinin maliyyə infrastrukturlarının qarşılıqlı inteqrasiyası strateji vəzifələrdəndir VİDEO

Banklar Assosiasiyasının prezidenti: Türk dövlətlərinin maliyyə infrastrukturlarının qarşılıqlı inteqrasiyası strateji vəzifələrdəndir VİDEO

Milli Məclisin sədri: Parlamentin üzvləri kimi dövlətimizin möhkəmləndirilməsinə kömək göstərməliyik

Qara dəniz sahillərində gəmilərə endirilən hava zərbələri nəticəsində Azərbaycan vətəndaşları xəsarət alıblar

Milli İncəsənət Muzeyində ilin sonunadək bir sıra mühüm sərgilər açılacaq

Səudiyyə Ərəbistanı paytaxtının hava limanı bu həftə bağlı qalacaq