AZƏRBAYCAN GİMNASTI BEYNƏLXALQ TURNİRDƏ 5 MEDAL QAZANMIŞDIR
A.Qurbanovanın uğurlu çıxışları onun “Dünya səviyyəli gimnast” adını alması ilə bir vaxta düşmüşdür. “Neftçi”nin nümayəndəsi Beynəlxalq Gimnastika Federasiyasının xüsusi siyahısına daxil edilmiş və ona FIG-nin müvafiq nişanı təqdim olunmuşdur. Sənədi təşkilatın baş katibi Andre Qaysbuhler imzalamışdır. Xüsusi vurğulanır ki, Qurbanova FİG-nin reytinq cədvəlində Dinara Gimatovadan sonra yer tutan ikinci Azərbaycan gimnastıdır.
Yeniyetmə gimnastların yarışında Zeynəb Cavadlı finalçılar cərgəsinə düşə bilməmişdir. Məşqçilərin fikrincə, 15 yaşlı idmançı startqabağı narahatlığın öhdəsindən gələ bilməmiş, alətlərini tez-tez itirmişdir. Nəticədə Zeynəb 25 iştirakçı arasında 14-cü yerə çıxmışdır. Bu yarışlarda da üstünlük Rusiya və Belarus gimnastlarının tərəfində olmuşdur.
Gimnastika Federasiyasından bildirmişlər ki, aprelin 28-29-da Nijni Novqorodda qrup təmrinlərində komandalar arasında Dünya kuboku yarışları keçiriləcəkdir. Vəfa Hüseynova, Anna Bitiyeva, Dina Qorina, Valeriya Yeqay, Alina Tryopina və Anastasiya Prasolovadan ibarət qrup komandamız 5 lent, 3 halqa və 4 gürzlə çıxış edəcəkdir. Aliyə Qarayevanın isə qala-konsertdə nümunəvi çıxışı olacaqdır.