Azərbaycan gimnastı: Finalda daha çətin elementlər nümayiş etdirərək fəxri kürsüdə yer almaq istəyirəm
Bakı, 23 fevral, AZƏRTAC
Yarışın ilk günü məqsədim finala vəsiqə qazanmaq idi və bunu bacardığım üçün çox sevincliyəm.
Bu sözləri AZƏRTAC-a müsahibəsində tamblinq üzrə Azərbaycan millisinin üzvü Tofiq Əliyev Bakıda keçirilən Dünya Kuboku barədə danışarkən deyib.
O, bu gün keçiriləcək həlledici mərhələdə daha yaxşı çıxış edərək medal qazanmaq istədiyini bildirib. "Düşünürəm ki, finalda üstünlük məndədir. Çünki artıq təsnifat yarışlarında rəqiblərimin nəyə qadir olduğunu gördüm. ABŞ-ı təmsil edən idmançılardan başqa, digər rəqiblərimin hamısını tanıyıram. Həmişə beynəlxalq turnirlərdə onlarla birlikdə mübarizə aparmışıq. Finalda daha çətin elementlər nümayiş etdirərək fəxri kürsüdə yer almaq istəyirəm", - deyə o əlavə edib.
İyirmi bir yaşlı idmançı doğma divarlar arasında yarışmağın ona xüsusi hisslər yaşatdığı da bildirib.
Qeyd edək ki, batut gimnastikası və tamblinq üzrə Dünya Kubokuna bu gün yekun vurulacaq. Turnirdə 15 ölkədən idmançılar güclərini sınayırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [18:20]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]
Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək
- 30.09.2026 [17:00]
Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq
- 30.09.2026 [15:54]
Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir
- 30.09.2026 [15:38]