Azərbaycan güləşçiləri Naxçıvan Kubokunda öz rəqiblərini tanımışlar
Bakı, 7 may (AZƏRTAC). Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər arasında keçirilən Naxçıvan Kuboku uğrunda beynəlxalq turnirin püşkatma mərasimi keçirilmişdir. Püşkatmanın nəticələrinə görə, Azərbaycan, Özbəkistan, Rusiya, Türkiyə və Belarus komandaları birinci qrupda, Naxçıvan, Qazaxıstan, İran, Ukrayna, Gürcüstan komandaları isə ikinci qrupda mübarizə aparacaqlar.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən xəbərə görə, qrup görüşləri mayın 7-də Naxçıvan Olimpiya İdman Kompleksində keçiriləcəkdir.
Qrupda ilk yeri tutan komandalar finalda, ikinci yeri tutan komandalar isə bürünc medal uğrunda görüşə çıxacaqlar.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [18:51]
Futbol üzrə Azərbaycan Kubokunda 34 komanda mübarizə aparacaq
- 09.09.2026 [17:57]
Fransa Futbol Federasiyası İnfantinonu dəstəkləməkdən imtina edib
- 09.09.2026 [15:53]
Azərbaycan millisinin voleybolçusu "Turan" klubuna keçib
- 09.09.2026 [15:22]
“Mançester Yunayted” “Sabah”la oyunöncəsi son məşqinə çıxıb
- 09.09.2026 [14:57]
“Kəpəz”in kapitanı məşq zamanı zədələnib
- 09.09.2026 [14:39]