Azərbaycan gürcü fotoqraflarının gözü ilə... VİDEO
Bakı, 15 may, Flora Şükürova, AZƏRTAC
Ölkəmizin keçdiyi tarixi yolu, qazandığı uğurları və inkişafı nümayiş etdirmək və bu yüksəlişə əcnəbi vətəndaşların münasibətini təqdim etmək məqsədilə Azərbaycan Fotoqraflar Birliyi (AFB) “Beynəlxalq foto günləri - 2018” layihəsinə qoşulub.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə mayın 15-də “NUR Art House”də “Mən Azərbaycanı sevdim” adlı sərgi və “People” nominasiyası üzrə mükafatlandırma mərasimi təşkil edilib.
Tədbirdə “NUR Art House” qalereyasının direktoru, Əməkdar İncəsənət Xadimi Röya Tağıyeva çıxış edərək sərginin əhəmiyyətindən danışıb. Deyib ki, FIAP-ın tərəfdaşlığı ilə 2017-ci ildən başlanmış və 6 aylıq müddəti əhatə edən “Caucasus - Carpathians circuit - 2017” layihəsi çərçivəsində üç ölkə - Ukrayna, Gürcüstan və Azərbaycanın elan etdiyi birgə beynəlxalq fotomüsabiqəyə 57 ölkədən 383 fotoqrafın 5292 əsəri buraxılıb. Beynəlxalq dərəcəli 9 münsifin təmsil olunduğu münsiflər heyətinin səsverməsi ilə 4 nominasiya üzrə 52 mükafat təsis edilib və 158 fotoqraf mükafatlara layiq görülüb.
Qeyd edilib ki, “Mən Azərbaycanı sevdim” adlı sərgidə gürcü fotoqraflarının ölkəmizlə bağlı fotoları nümayiş edilir.
Bildirilib ki, paytaxtımızın üç sərgi salonunda “Beynəlxalq foto günləri - 2018” layihəsi çərçivəsində açılan sərgilərdə sənətsevərlər qalib gəlmiş 52 əsər və müsabiqədə iştirak etmiş 8 azərbaycanlı müəllifin 50-yə yaxın əsəri ilə tanış olacaqlar. Mayın 16-da isə “Landmark” sərgi salonunda “Bir sevdadır Quzey Kıbrıs” sərgisi ilə müsabiqənin nəticələrinə yekun vurulacaq.
Sonra mükafatlar qalib gəlmiş fotoqraflara təqdim olunub.