Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Qanlı Yanvar şəhidlərinin ailələri ilə görüş olmuşdur
Bakı, 13 yanvar (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, yanvarın 13-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 20 Yanvar şəhidlərinin ailələri ilə görüş keçirilmişdir.
Tədbiri açan AHİK sədrinin müavini Aqil Dadaşov qeyd etmişdir ki, Qara Yanvar hadisələri əslində Azərbaycan xalqının tarixində çağdaş milli azadlıq hərəkatının şanlı qəhrəmanlıq səhifəsidir. Həmin gün Azərbaycan xalqı yüzlərlə övladını qurban vermişdir.
A.Dadaşov vurğulamışdır ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi daim əziz tutulur, onların ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət göstərilir. AHİK də bu istiqamətdə əlindən gələni əsirgəmir.
Tədbirdə şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildirmişlər.
Sonda görüşdə iştirak edən 127 şəhid ailəsinə maddi yardım paylanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]