AZƏRBAYCAN HÖKUMƏTİ İLƏ BMT-NİN İNKİŞAF PROQRAMI ARASINDA TURİZM SAHƏSİNDƏ SAZİŞ İMZALANMIŞDIR
Layihənin həyata keçirilməsi məşğulluq problemini qismən həll etməyə, bir çox ölkələrin büdcəsinin əsas gəlir mənbəyi olan turizm sahəsinə sərmayə cəlb olunmasına imkan verəcəkdir.
Layihə çərçivəsində Bakıda və bölgələrdə - Şəki, Şamaxı, Quba, Xaçmaz, Lənkəran və Gəncədə turizm informasiya mərkəzləri yaradılacaq, nazirliyin və müvafiq idarələrin mütəxəssisləri üçün məşğələlər keçiriləcək, aztəminatlı ailələrdən olan gənclər üçün təhsil kursları təşkil olunacaqdır. Layihənin əlaqələndiricisi Firudin Qurbanov bildirmişdir ki, turizm informasiya mərkəzlərinin yaradılmasından əsas məqsəd marşrutun seçilməsində, çap məhsullarının hazırlanmasında və sair sahələrdə turistlərə informasiya və məsləhət xidmətləri göstərməkdir.
Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı çərçivəsində həyata keçirilən layihənin büdcəsi 240 min ABŞ dollarıdır.