Azərbaycan IBM şirkəti ilə logistika layihələrində əməkdaşlıq imkanlarını müzakirə edib
Bakı, 11 dekabr, AZƏRTAC
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-da IBM şirkətinin Qlobal strateji təşəbbüslər üzrə icraçı direktoru Dima Alatel ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanın rəqəmsal transformasiyası, suveren “bulud”, data və kvantum platformalarının yaradılması, həmçinin dövlət müəssisələrinin rəqəmsallaşdırılması, logistika layihələrində əməkdaşlıq imkanları müzakirə edilib.
Eyni zamanda, innovasiya mərkəzləri və kadr hazırlığı proqramları vasitəsilə uzunmüddətli strateji tərəfdaşlıq və investisiya modelləri barədə fikir mübadiləsi aparılıb.