Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycan ictimaiyyəti sabitliyi və vətəndaş həmrəylini pozmaq cəhdlərini qətiyyətlə pisləyir VİDEO

Bakı, 27 noyabr, AZƏRTAC

Daxili İşlər Nazirliyi (DİN) tərəfindən paytaxtın Sabunçu rayonunun Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyat zamanı asayiş keşikçilərinə silahlı müqavimət göstərilməsi nəticəsində həlak olan polis əməkdaşları Vüqar Nəsibov və İsmayıl Tağıyev noyabrın 27-də ikinci Fəxri xiyabanda dəfn olunublar.

AZƏRTAC xəbər verir ki, dəfn mərasimində daxili işlər naziri Ramil Usubov, baş prokuror Zakir Qaralov, müdafiə naziri Zakir Həsənov, milli təhlükəsizlik nazirinin birinci müavini Mədət Quliyev, DİN-in digər yüksək rütbəli şəxsləri, hüquq mühafizə orqanlarının əməkdaşları, mərhumların yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhid polis işçilərinin cənazələri torpağa tapşırıldıqdan sonra yaylım atəşi açılıb, Azərbaycanın dövlət himni səsləndirilib. Məzarların üzərinə ayrı-ayrı təşkilatlar adından əklillər qoyulub, tər çiçəklər düzülüb.

Xatırladaq ki, noyabrın 26-da Nardaran qəsəbəsində Daxili İşlər Nazirliyi tərəfindən keçirilən xüsusi əməliyyat nəticəsində təxribatlar, kütləvi iğtişaşlar və terror aktları törətməklə Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsini planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə zərərsizləşdirilib. Əməliyyatın keçirildiyi ərazidə silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq, polis işçiləri öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetiriblər. Əməliyyat zamanı polis serjantları Vüqar Nəsibov və İsmayıl Tağıyev qəhrəmancasına həlak olub.

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 27-də ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasında xüsusi xidmətlərinə və göstərdikləri cəsarətə görə Vüqar Nəsibovun və İsmayıl Tağıyevin ölümlərindən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Fakt üzrə Baş Prokurorluq tərəfindən cinayət işi başlanılaraq istintaq aparılır. Cinayətin bütün iştirakçılarının, o cümlədən qanunsuz silahlı dəstəyə kömək edən şəxslərin müəyyənləşdirilib tutulması və məsuliyyətə cəlb edilməsi üçün əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri həyata keçirilir. Bildirilir ki, ölkənin hüquq mühafizə və xüsusi xidmət orqanları tərəfindən bu cür hadisələrin qarşısının vaxtında alınması, istənilən mütəşəkkil cinayətkar dəstənin və ya birliyin dərhal zərərsizləşdirilməsi istiqamətində tədbirlər bundan sonra da qətiyyətlə davam etdiriləcək.

Ölkə ictimaiyyətində böyük narahatlıq və hiddət doğuran bu hadisə Azərbaycan cəmiyyətinin bütün təbəqələri tərəfindən etirazla qarşılanır. Respublikamızın ziyalıları, müharibə veteranları, müxtəlif peşə sahibləri, gənclər bu hadisədən hiddətləndiklərini bildirir və dünyada tolerantlığın, multukilturalizmin nümunəsi hesab edilən Azərbaycanda din pərdəsi altında silahlı təxribatlar törətmək, qarşıdurma yaratmaq istəyən ekstremist qüvvələrin cəhdlərinin qarşısının qətiyyətlə alınacağına əminliklərini ifadə edirlər.

Şəhid polis əməkdaşlarının dəfn mərasimində iştirak etmək üçün ikinci Fəxri xiyabana gələn, polis serjantı Vüqar Nəsibovun yaxın qohumu Dursun Nəbiyev belə cəhdləri kəskin şəkildə pisləyərək deyib: “Biz Azərbaycanda tarixən hökm sürən sabitliyi, əmin-amanlığı, tolerantlıq mühitini pozmaq istəyən məkrli qüvvələrin əməllərinə qəti etirazımızı bildiririk. Azərbaycandakı sabitliyi, vətəndaş həmrəyliyini, inkişafı müəyyən qara qüvvələrin gözü götürmür. Ona görə də onlar müxtəlif vasitələrlə ölkəmizdə qarışıqlıq salmaq, təxribatlar törətmək istəyirlər. Lakin həmin qüvvələr və onların əlaltıları bilməlidirlər ki, ölkəmizdə mövcud olan tolerantlıq mühitini, vətəndaş həmrəylini pozmaq istəyən qüvvələrin istənilən cəhdlərinin qarşısı Azərbaycan dövləti tərəfindən qətiyyətlə alınacaq”.

Sadə insanlar, paytaxt sakinləri də Nardaranda törədilən qanlı cinayətin cəmiyyəti dərindən sarsıtdığını vurğulayıblar. Paytaxt sakini İsfəndiyar Əliyev bu barədə danışaraq deyib: “Nardaran hadisələri ölkəmizdə sabitliyi pozmağa yönəldilmiş təxribatdır. Din pərdəsinə bürünənlər bununla öz mənfur niyyətlərinə, çirkin əməllərinə haqq qazandırmaq istəyirlər. Belə şəxslərin ölkəmizdə milli, dini zəmində mövcud olan sabitliyə zərbə vurmaq cəhdləri bütün ölkə ictimaiyyətini hiddətləndirib. Silaha əl atan, zordan istifadə edən bu cür mənfur niyyətli insanlar hansısa xarici dairələrin sifarişlərini yerinə yetirirlər”.

Polis əməkdaşlarının həlak olması ilə nəticələnmiş hadisə yaşlı nəslin nümayəndələrində də dərin təəssüf və qəzəb hissi doğurub. Böyük Vətən müharibəsi veteranı Mirzəxan Hüseynov keçirdiyi hissləri dilə gətirərək deyib: “Azərbaycanda sürətli inkişafı, əmin-amanlığı, rifahı gözü götürməyən qüvvələr min bir hiylə və məkrlə ölkəmizdə qarşıdurma yaratmaq istəyir, yerlərdəki əlaltılarını silahlandıraraq, hakimiyyətə qarşı qaldırır, əmin-amanlığı pozmağa cəhd göstərirlər. Din pərdəsi altında cinayətlər törədən, qanunları kobud şəkildə pozan bu cür ünsürlər əslində dinin, İslamın düşmənləridir. Bütün dinlər, eləcə də İslam dini silaha və zora əl atılmasının, günahsız insan qanının axıdılmasının əleyhinədir. Ölkə ictimaiyyəti də, qanunlarımız da bu qanlı hadisələri törədənlərin ciddi şəkildə cəzalandırılmasını tələb edir”.

Ölkə gəncləri də Azərbaycanda hökm sürən ictimai-siyasi sabitliyə zərbə vurmaq, hüquqi, demokratik dövlətin əsaslarını sarsıtmaq məqsədilə Nardaran qəsəbəsində bir qrup silahlı şəxs tərəfindən törədilmiş qanlı hadisəni kəskin şəkildə və qətiyyətlə pisləyirlər. Onların fikrincə, sadə insanları təxribatlara cəlb etmək istəyən cinayətkar ünsürlərin cəmiyyətdə heç bir dayaqları yoxdur.

Bu barədə danışan Milli Məclisin deputatı, parlamentin gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib: “Nardaran sakinləri hər zaman dövlətçiliyin, müstəqilliyin qorunmasında fəal iştirak edib, qanunlara hörmətlə yanaşıblar. Ona görə də inanmıram ki, Nardaran camaatı ötən gün baş verən xoşagəlməz hadisələri törədənləri, polisə qumbara, güllə atan şəxsləri dəstəkləsin. Cinayətkarlar polisə müqavimət göstərib, silah işlədib. Şübhə yoxdur ki, müəyyən qüvvələr tərəfindən öyrədilən bu şəxslərin əməlləri Azərbaycanda sabitliyi pozmağa yönəlib. Təbii ki, hüquq mühafizə orqanları bunun qarşısını almaq üçün əməliyyat keçirib. Həmin əməliyyat zamanı iki polis əməkdaşı qəhrəmancasına həlak olub. Mən onlara Allahdan rəhmət diləyirəm”.

Nardaran qəsəbəsində baş verən hadisələrdən çox narahat olduğunu və belə halları kəskin pislədiyini bildirən Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının sədri Nərgiz Xələf gənclərin bununla bağlı mövqeyini ifadə edərək deyib: “Tolerantlığın həyat tərzinə çevrildiyi, bütün xalqların və millətlərin nümayəndələrinə bərabər hüquqların təmin edildiyi ölkədə belə hadisələr baş verməməlidir. Din pərdəsi altında hərəkət edən, çirkin niyyətlərini həyata keçirmək üçün silahlı dəstə yaradan şəxslər heç bir dinə mənsub ola bilməzlər. Azərbaycanda tarixən bütün dinlərin, xalqların nümayəndələri dinc, bərabər şəkildə yaşayıb, güclü tolerantlıq, multikulturalizm dəyərləri, ənənələri formalaşıb. Ona görə də ölkəmizdə ictimai-siyasi sabitliyə, tolerantlıq mühitinə qarşı çıxan qüvvələri xalqın bütün təbəqələri, o cümlədən biz gənclər qəti şəkildə pisləyirik. Dövlətçiliyə və sabitliyin pozulmasına yönəlmiş təxribatlar törədən şəxslərin ciddi surətdə cəzalandırılmasını tələb edirik. Axı polisinə qumbara və güllə atanları hansı dövlət bağışlayar?”.

Bu gün Azərbaycanın güclü dövlət olduğunu bildirən gənclərimiz qəti şəkildə əmindirlər ki, heç bir qüvvənin ölkəmizdəki sabitliyi pozmaq niyyətləri baş tutmayacaq. Son hadisələr bir daha sübut etdi ki, buna cəhd edənlərin qarşısı qətiyyətlə alınacaq.

Azərbaycan ictimaiyyəti sabitliyi və vətəndaş həmrəylini pozmaq cəhdlərini qətiyyətlə pisləyir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Superliqa: “Trabzonspor” doğma meydanda “Qaziantep”ni məğlub edib

Gürcüstan müxalifəti Tbilisidə mitinq keçirib

Premyer Liqa: "Mançester Siti" səfərdə vacib üç xal qazanıb

Keniyada daşqınlar 90-dan çox insanın həyatına son qoyub

Hindistanda avtobusla yük maşınının toqquşması nəticəsində 7 nəfər ölüb

Türkiyə liseylərinin tələbələri türk dövlətlərinin yaxınlaşma yollarını müzakirə ediblər

QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır

Burkina Faso hökuməti: “Human Rights Watch” öz hesabatı ilə ölkənin imicini ləkələmək istəyir

Azərbaycanın həvəskar xokkey komandası Rusiya təmsilçisinə qalib gəlib

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib

“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib

İrpendə “Azərbaycan Günü” keçirilib VİDEO

Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib

AZƏRTAC-ın xüsusi müxbiri Gürcüstanın internet televiziyasında çıxış edib

Çində tornado baş verib, ölənlər var

Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 2 nəfər həlak olub

Şirvanda kəsici-deşici alətlərin satıldığı obyektlər müəyyən edilib

Tailandın xarici işlər naziri hökumətdəki dəyişikliklərdən sonra istefa verib

Şahdilidə ekoturizm yarışması

Gürcüstan Parlamentinin sədri ABŞ senatorlarını sərt tənqid edib

Bu gün ali təhsil müəssisələrinin magistraturalarına II cəhd qəbul imtahanı keçirilib

On doqquzuncu İstanbul yarımmarafonunun qalibləri müəyyənləşib

“Şərq-Qərb” avtomagistralının Gürcüstandan keçən Şorapani-Arqveta hissəsi istifadəyə verilib

Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü inşa ediləcək

Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Abşeron rayonunda vətəndaş ona hədiyyə edilən sənədləri olmayan ov tüfəngini könüllü polisə təhvil verib

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb

Nijni Novqorodda Azərbaycan məhsullarının təqdimatı keçirilib VİDEO

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir

Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

ADPU-da “Təhsildə psixoloji xidmətin aktual problemləri” mövzusunda birinci Respublika Forumu keçirilib

Laçın və İrpen şəhərləri qardaşlaşacaq

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!

“Avroviziya 2024" mahnı müsabiqəsində səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib VİDEO

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsi yekunlaşır

Böyük Britaniyanın Azərbaycandakı səfiri Naxçıvanla bağlı paylaşım edib

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib VİDEO

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar