Azərbaycan İdman Akademiyası THE beynəlxalq reytinq sistemində yer alıb
Bakı, 24 iyun, AZƏRTAC
Azərbaycan İdman Akademiyası (ASA) “Times Higher Education (THE) Impact Rankings 2026” reytinq cədvəlində yer alıb.
ASA-dan AZƏRTAC-a bildirilib ki, akademiya “Səhiyyə və rifah” , “Keyfiyyətli təhsil” , “Layiqli iş və iqtisadi artım” və “Bərabərsizliyin azaldılması” kateqoriyaları üzrə 601–800, “Yoxsulluğa son” kateqoriyası üzrə 801+, “Məqsədlər üçün tərəfdaşlıq” kateqoriyası üzrə isə 1001–1500 aralığında yer alaraq Dayanıqlı İnkişaf Məqsədlərinə verdiyi töhfəni beynəlxalq səviyyədə nümayiş etdirib.
Ümumi nəticələrə əsasən, Azərbaycan İdman Akademiyası ötən illə müqayisədə reytinq göstəricilərini yaxşılaşdıraraq irəliləyiş göstərib və dünya üzrə isə 1001–1500-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, “Times Higher Education Impact Rankings” ali təhsil müəssisələrinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə verdiyi töhfəni qiymətləndirən nüfuzlu beynəlxalq reytinq sistemidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:50]
Qədim Şəmkir şəhər yerində arxeoloji tədqiqatlar və yay məktəbi davam edir
- 07.08.2026 [16:37]
BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub
- 07.08.2026 [13:00]
Paytaxtda 7 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır
- 07.08.2026 [12:27]
Proqram mühəndisliyinə dair elmi əsərlərin xülasələr toplusu dərc edilib
- 07.08.2026 [12:03]