Azərbaycan idmançıları qarışıq əlbəyaxa döyüş üzrə beynəlxalq turnirdə mübarizə aparacaqlar
Bakı, 18 may (AZƏRTAC). Mayın 22-də Rusiyanın Nijni Novqorod şəhərində qarışıq əlbəyaxa döyüş üzrə “Fyodor Yemelyanenko Kuboku - Volqada döyüş” beynəlxalq turnirinin finalı keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, turnirdə Nijni Novqorodun “COMBAT BEARS” və Moskvanın “Nfight” komandaları ilə yanaşı, Azərbaycan, Çexiya, İran, Ukrayna və Türkiyənin aparıcı idmançıları da iştirak edəcəklər. Azərbaycanı yarışlarda 3 döyüşçü təmsil edəcəkdir. K-1 (kikboksinq) üzrə reytinq döyüşündə Elvin Abbasov mübarizə aparacaqdır. Onun rəqibi rusiyalı Vladimir Mineyev olacaqdır.
Günün əsas döyüşü ikiqat dünya çempionu, döyüş sambosu üzrə Avropa çempionu, M-1 GLOBAL “SELECTİON” “CHALLENGE” versiyası üzrə dünya çempionu, “Mix-fgit Combat” versiyası üzrə hazırkı Avropa çempionu Vyaçesav Vasilevskinin iştirakı ilə “Mix-fgit Combat” versiyası üzrə Avropa çempionu adı uğrunda döyüş olacaqdır. Rusiya döyüşçüsünün rəqibi Çexiya idmançısı Tomaş Kujeladır.
Qalib komandaya baş mükafatı - büllurdan hazırlanmış çəkisi 48 kiloqram olan Kuboku əməkdar idman ustası, döyüş sambosu və qarışıq döyüş üzrə dünya çempionu Fyodor Yemelyanenko təqdim edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [18:51]
Futbol üzrə Azərbaycan Kubokunda 34 komanda mübarizə aparacaq
- 09.09.2026 [17:57]
Fransa Futbol Federasiyası İnfantinonu dəstəkləməkdən imtina edib
- 09.09.2026 [15:53]
Azərbaycan millisinin voleybolçusu "Turan" klubuna keçib
- 09.09.2026 [15:22]
“Mançester Yunayted” “Sabah”la oyunöncəsi son məşqinə çıxıb
- 09.09.2026 [14:57]
“Kəpəz”in kapitanı məşq zamanı zədələnib
- 09.09.2026 [14:39]