Azərbaycan idmançısı beynəlxalq turnirdə gümüş medal qazanıb
Bakı, 20 iyul, AZƏRTAC
Suya tullanma üzrə Azərbaycan idmançısı Bolqarıstanın Varna şəhərində keçirilən "Üçüncü Balkan Gənclər Çempionatı" beynəlxalq turnirində yüksək nəticə göstərib.
Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, 10 ölkədən 110 idmançının qatıldığı yarışda Məhəmməd Hüseynov E qrupunda ikinci yeri tutaraq gümüş medala layiq görülüb.
Qeyd edək ki, Azərbaycan idmançıları bu yarışlarda məşqçilər Anton Melnikov və Angelina Melnikovanın rəhbərliyi altında çıxış edirlər.