AZƏRBAYCAN İDMANÇISI TƏVƏKKÜL BAYRAMOV AVROPANIN ƏN YAXŞI TAEKVONDOÇUSU SEÇİLMİŞDİR
Bakı, 26 yanvar (AZƏRTAC). Azərbaycan taekvondoçusu Təvəkkül Bayramov Avropa Taekvondo Birliyi (ETU) tərəfindən 2008-ci ilin ən yaxşı taekvondoçusu seçilmişdir. Azərbaycan Taekvondo Federasiyasından bildirmişlər ki, T.Bayramov ötən il “A” kateqoriyalı müxtəlif turnirlərin qalibi olduğu üçün ETU idmançımızı bu ali mükafata layiq görmüşdür. Bundan əlavə T.Bayramov müxtəlif illərdə dünya və Avropa çempionlarının mükafatçısı, qitənin ən mötəbər yarışlarının qalibi olmuş, 2008-ci ildə isə Almaniyada “A” kateqoriyalı beynəlxalq turnirdə fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır.
Bu yaxınlarda keçiriləcək beynəlxalq yarışların birində taekvondoçuya ETU tərəfindən xüsusi kubok təqdim olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [22:52]
“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib
- 13.10.2026 [21:21]
Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub
- 13.10.2026 [19:40]
Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb
- 13.10.2026 [19:01]
Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]