AZƏRBAYCAN İƏT ÇƏRÇİVƏSİNDƏ İQTİSADİ ƏLAQƏLƏRİNİ GENİŞLƏNDİRİR
İqtisadi İnkişaf Nazirliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, iyulun 16-17-də İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan ölkələrin ticarət idarələri nümayəndələrinin iclası olmuşdur. İclasda nazirliyin beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Səməd Bəşirov iştirak etmişdir. İclasın sonunda Pakistan, İran, Türkiyə, Əfqanıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Azərbaycanın nümayəndələri ticarət tariflərinin 5 il müddətinə 15 faiz aşağı salınmasına dair saziş imzalamışlar. Pakistanın ticarət naziri Hümayun Əxtər Xan jurnalistlərlə söhbətində demişdir ki, bu sazişin imzalanması İƏT-in üzvü olan ölkələr arasında azad ticarətin inkişafına yeni təkan verəcəkdir.
Xatırladaq ki, İƏT çərçivəsində ticarət nazirlikləri nümayəndələrinin ilk görüşü bu il mayın 3-də Tehranda olmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:25]
Milli Kibertəhlükəsizlik Agentliyi “Global Anti-Scam Alliance”a üzv olub
- 23.09.2026 [17:00]
Avropada qazın qiyməti son üç həftənin ən aşağı səviyyəsinə enib
- 23.09.2026 [16:46]
Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur
- 23.09.2026 [16:19]