AZƏRBAYCAN İLƏ BOLQARISTAN ARASINDA GƏNCLƏR VƏ İDMANSAHƏSİNDƏ ƏMƏKDAŞLIĞA DAİR SAZİŞ İMZALANACAQ
Görüşdə idmanın ölkələrimizin inkişafında yeri, mövcud problemlər və onların birgə həlli yolları barədə müzakirələr aparılmışdır.
Azad Rəhimov ölkələrimiz arasında əlaqələrin qədim tarixi olduğunu qeyd edərək, dövlətlərimizin başçılarının səfərlərinin münasibətlərin inkişafında mühüm rolunu xüsusi vurğulamışdır.
Nazir ölkəmizin gənclərlə iş və idman sahəsində qazandığı uğurlardan danışaraq, Bolqarıstanla bu istiqamətdə təcrübə mübadiləsinin aparılmasının xüsusi əhəmiyyətini qeyd etmişdir.
Bakıda olmasından məmnun qaldığını bildirən Veselo Leçeva respublikamızda idmanın inkişafını yüksək qiymətləndirərək, Azərbaycanın təcrübəsindən yararlanmaq istəyini bildirmişdir.
Bildirilmişdir ki, ölkələrimiz arasında gənclər və idman sahəsində əməkdaşlıq sentyabrın 19-da imzalanacaq sazişlə daha da möhkəmləndiriləcəkdir.
Qonaqlar səfər müddətində, idman qurğuları ilə tanış olacaq, gənclər təşkilatlarının nümayəndələri ilə görüləcək və digər tədbirlərə qatılacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:30]
Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib
- 16.10.2026 [11:07]
Milli Məclisdə 12 məsələnin müzakirəsinə başlanılıb
- 16.10.2026 [10:12]
Sultan Hacıyev AQEM-in yeni Baş katibi təyin olunub
- 16.10.2026 [00:12]