Azərbaycan ilə İtaliya arasında ikitərəfli iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi müzakirə olunub
Bakı, 2 iyun, AZƏRTAC
İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliya Respublikasının Ekoloji Keçid Nazirliyinin dövlət katibinin müavini xanım Vannia Gava ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə nazir məlumat verib.
“İtaliya Respublikasının Ekoloji Keçid Nazirliyinin dövlət katibinin müavini xanım Vannia Gava ilə görüşdə ölkələrimiz arasında ikitərəfli iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və energetika
sahəsində fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq məsələləri barədə danışdıq”, - deyə nazir qeyd edib.