AZƏRBAYCAN İLƏ PAKİSTAN ARASINDA ƏMƏKDAŞLIQ GENİŞLƏNİR
Konfederasiyadan AZƏRTAC-a bildirmişlər ki, görüşdə Pakistan İxrac Agentliyinin “Pakistan Expo” sərgisi haqqında məlumat verilmiş və sərgidə Azərbaycan şirkətlərinin iştirakı müzakirə edilmişdir.
ASK bu sərgidə Azərbaycan şirkətlərinin iştirakını təmin etmək məqsədi ilə məlumatların yayılması və şirkətlərlə müvafiq işlərin aparılması haqqında təkliflərini vermişdir.
Bundan başqa, Pakistan iqtisadi missiyasının Azərbaycana gəlməsi barədə müzakirələr aparılmış və yerli şirkətlərin siyahısının səfirliyə təqdim edilməsi razılaşdırılmışdır.
ASK və Pakistanın İxrac Agentliyi ilə birbaşa əlaqələrin qurulması məsələsi geniş müzakirə olunmuşdur.