SİYASƏT
Azərbaycan ilə Qırğızıstan arasında fövqəladə halların qarşısının alınması üzrə sıx əməkdaşlıq var
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Kəmaləddin Heydərov rəhbərlik etdiyi nazirliyin fəaliyyət istiqamətləri və strukturları haqqında ətraflı məlumat verib, iki dost ölkə arasında müxtəlif sahələrdə, o cümlədən fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə sıx əməkdaşlığın mövcud olduğunu deyib. O bildirib ki, Azərbaycan və Qırğızıstan Fövqəladə Hallar nazirliklərinin nümayəndə heyətlərinin qarşılıqlı səfərləri bu əlaqələrin daha da möhkəmlənməsinə yeni töhfələr verir.
Qırğız Respublikası Baş nazirinin birinci müavini dost və qardaş Azərbaycanın iqtisadi inkişafından məmnunluğunu ifadə edərək deyib ki, iqtisadiyyatın müxtəlif sahələrində, habelə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi rəsmi Bişkek üçün böyük əhəmiyyət kəsb edir. Bu baxımdan qarşılıqlı səfərlərin və birgə tədbirlərin həyata keçirilməsi istiqamətində səylər artırılacaq.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.