Azərbaycan ilə Sinqapur arasında iqtisadi, mədəni əlaqələrin dərinləşdirilməsinin zəruriliyi qeyd olunub
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə tərəflər ölkələrimiz arasında münasibətlərin cari durumunu yüksək qiymətləndirib, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün ikitərəfli müqavilə-hüquq bazasının daha da inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər. Həmçinin qarşılıqlı səfərlərin intensivləşdirilməsinin münasibətlərin daha da inkişaf etdirilməsində əhəmiyyətini vurğulayıblar.
Nazir sinqapurlu həmkarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin cari durumu və aparılan danışıqlar prosesi haqqında məlumat verib.
E.Məmmədyarov K Şanmuqanı ölkəmizə rəsmi səfərə dəvət edib. Sinqapurlu nazir dəvəti məmnuniyyətlə qəbul edib.