RƏSMİ XRONİKA
Azərbaycan ilə “Swiss Re” şirkəti arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunmuşdur VİDEO

Davos, 22 yanvar (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Swiss Re” şirkətinin beynəlxalq əlaqələr üzrə sədri Martin Parker ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə “Swiss Re” şirkəti arasında əməkdaşlığın inkişafına dair məsələlər müzakirə olundu. Ölkəmizdə sığorta bazarının inkişafı, təbii fəlakətlərdən sığortalanma, iqlimin təsiri nəticəsində kənd təsərrüfatı sahəsində baş verəcək hadisələrin qarşısının alınması ilə bağlı sığortanın təşkilinə dair fikir mübadiləsi aparıldı.