CƏMİYYƏT
Azərbaycan ilə Türkiyə baytarlıq sahəsində əməkdaşlıq edəcək
Bakı, 23 aprel, AZƏRTAC
Azərbaycan ilə Türkiyə arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiqlənməsi barədə qanun layihəsi Milli Məclisin aprelin 23-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Saziş 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanıb. Sənəd iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsini nəzərdə tutur.