AZƏRBAYCAN İQTİDARI QALİB GƏLDİ, ÇÜNKİ SABİTLİYİ TƏMİN ETMİŞDİR
Markov demişdir ki, SSRİ-nin dağılmasından, bəlkə də, ən çox Azərbaycan ziyan çəkmişdir, halbuki bu respublika SSRİ-də olduqca fəxri yer tuturdu. Çox ağrılı-acılı iğtişaşlar dövründən sonra sabiq sovet rəhbəri Heydər Əliyev yüksək müdriklik göstərdi və ölkəni sabitliyə gətirib çıxardı. Buna görə də indi Azərbaycanda bir çox seçicilər Əliyevlər ailəsinə, həqiqətən, dua etməyə hazırdır. Ona görə hakim partiyanın seçkiləri saxtalaşdırmasına əsla ehtiyacı yox idi.
Markov vurğulamışdır ki, Azərbaycanda heç bir “narıncı inqilab” hazırlanmırdı. “Yarımnarıncı yarıminqilab” hazırlanırdı - bir qrup yüksək vəzifəli dövlət məmuru Prezidenti devirmədən, onun səlahiyyətlərini güclü şəkildə məhdudlaşdırmaq niyyətində idi. Lakin İlham Əliyev möhkəm iradə nümayiş etdirdi və sui-qəsdçilər həbs olundular.
O ki qaldı, seçkilərdə iştirak etmiş müxalifətə, digər müşahidəçi, Rusiya Milli Birliklər Konqresinin prezidenti Zahid Qocayevin brifinqdə dediyi kimi, bu, “Əbülfəz Elçibəy dövründən qalmış çox köhnə müxalifətdir”. Onlar ölkənin daha da inkişafına dair heç bir yeni ideya irəli sürməmiş, heç bir resept təklif etməmişdilər. Qocayevin fikrincə, yeni Azərbaycan müxalifəti ən tezi 5 ildən sonra yetişəcəkdir.