Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan İslam aləmində dünyəvilik və etiqad azadlığının flaqmanıdır

Azərbaycan İslam aləmində dünyəvilik və etiqad azadlığının flaqmanıdır

Qahirə, 10 avqust, AZƏRTAC

Sekulyarizm (dünyəvilik) latın kəlməsidir və dinin dövlətdən ayrılmasını nəzərdə tutmaqla yanaşı, dini etiqadlara hörməti də ehtiva edir. İctimai formasiyalar tarixi bu cərəyanın cəmiyyətin inkişafına təkan verən mühüm amil olduğunu sübut edib. Bu baxımdan Azərbaycan İslam aləmində qabaqcıl ölkə rolunu oynayıb və bu gün də sekulyarizmin flaqmanıdır.

Tarixin müxtəlif mərhələlərində yadelli işğalçılara qarşı azadlıq mübarizəsi aparan Azərbaycan xalqı, eyni zamanda, öz adət-ənənələrini, dini etiqadını və doğma dilini qorumağa çalışıb. O da məlumdur ki, xarici qüvvələrin hər hansı bir xalqı öz təsiri altına almağın əsas alətlərindən biri də dini fundamentalizmdir. Məsələn, XX əsrdə müstəmləkə zülmündən qurtulan xalqların dünyəviliyə meyil etməsinin qarşısını alan nəzəriyyəçi və siyasətçilər də müsəlman Şərqində sekulyarizmi dinsizlik kimi təqdim edirdilər. Lakin təhsilin səviyyəsinin yüksək olduğu ölkələrdə din adı altında edilən manipulyasiyalar iflasa məhkumdur. Azərbaycanda dünyəviliyin təbliğində görkəmli ədiblər Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, böyük şair Mirzə Ələkbər Sabirin mühüm rolu olub. XX əsrin əvvəlində müsəlman Şərqində ilk demokratik cümhuriyyətin qurulmasının əsas prinsiplərindən biri də dünyəvilik idi. Azərbaycan Xalq Cümhuriyyətinin nəinki İslam aləmini, hətta qabaqcıl Avropa ölkələri və ABŞ-ı da qabaqlayaraq qadınlara səsvermə hüququ verməsi bunun bariz nümunəsidir.

Ateist kommunist rejiminin süqutundan sonra müstəqil Azərbaycan dövlətinin hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda, həmçinin ölkəmizdə din siyasətinin və dövlət-din münasibətlərinin formalaşmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olub. “Azərbaycan dünyəvi dövlətdir” deyən Ulu Öndər, eyni zamanda, dini etiqadlara hörmət göstərilməsi, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanması və daha yüksək səviyyədə bərqərar olunması istiqamətində böyük işlər görüb. Ümummilli lider Heydər Əliyev dini icmaların fəaliyyəti üçün hüquqi-mənəvi baza yaradıb, bu məsələləri tənzimləyən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini təsis edib, mütərəqqi düşüncəli din xadimlərinin yetişməsinə şərait yaradıb. Onun yaratdığı bu qurum digər uyğun struktur və təşkilatlarla birlikdə dini radikalizm və xurafata qarşı həm inzibati, həm də maarifçilik istiqamətində tədbirlər həyata keçirir, radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, onlara qarşı effektiv mübarizə aparılması, dini maarifləndirmə işinin düzgün metodlarla təşkilini diqqətdə saxlayır.

Əhalisinin 96 faizi müsəlman və onların da əksəriyyətinin şiə təriqətinə mənsub olduğu Azərbaycanda Aşura gününün qanvermə aksiyaları kimi nəcib təşəbbüslə müşayiət edilməsi təqdirəlayiq haldır. Eyni zamanda, dini etiqad azadlığı da tam şəkildə dəmin olunub. Ulu öndər Heydər Əliyev çıxışlarının birində deyirdi: “İslam dini başqa dinlərə qarşı heç vaxt düşmən olmayıb. Çünki bu dinlərin hamısı Allahdan gəlir. Azərbaycanda müsəlmanlarla yanaşı, başqa dinlərə etiqad edən adamlar da yaşayır. Onlar da Azərbaycanın bərabərhüquqlu vətəndaşlarıdır. Çalışmalıyıq ki, dini, milli mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşları eyni hüquqlu olsunlar və onların hamısının birliyini, vəhdətini təşkil edək. Bu da Allah-Təalanın buyurduğu bizim yolumuzdur”. Dahi siyasətçinin bu gün də Prezident İlham Əliyev tərəfindən davam etdirilən müdrik siyasi kursu sayəsində ölkəmiz müxtəlif dinlər və konfessiyaların nümayəndələrinin qarşılıqlı hörmət və anlayış şəraitində yaşadığı nadir İslam ölkələrindən biridir. Bunun əksini hazırkı silahlı münaqişələr xəritəsinə nəzər saldıqda açıq-aydın görmək mümkündür. Suriyada iqtidarda olan şiə azlığı və sünnilər, İraqda həm şiələrin öz aralarında, həm də sünni ərəblərlə olan problemlər, Yəməndə şiə husilər və sünni hökumət qüvvələri arasında davam edən vətəndaş müharibəsi, kiçik Bəhreyndə belə təriqət zəminində münaqişə, Livanda şiə Hezbollah və xristian əhali arasında düşmənçilik, Misirdə hələ də yerli qibti xristianlara qarşı müxtəlif dini dairələr tərəfindən davam etdirilən sui-qəsdlər məhz dünyəvi dövlətin olmaması, yaxud zəifliyi səbəbindən baş verir.

Bu kontekstdə İslam aləmində dünyəvilik rəmzi olan Azərbaycanın təşkilatçılığı ilə dinlərarası və mədəniyyətlərarası dialoq forumları da xüsusi olaraq qeyd edilməlidir. Azərbaycanda qədim tarixə malik olan dini tolerantlıq və müxtəlif dinlərə mənsub olan insanlar arasında dialoqun qurulması ölkəmizin milli inkişaf strategiyasının tərkib hissələrindən biridir. Prezident İlham Əliyev bu barədə deyib: “Azərbaycan ictimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə bu istiqamətdə nümunəvi ölkə kimi özünü göstəribdir. Əsrlər boyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir, dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir. Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır”.

Prezident İlham Əliyevin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili”, 2017-ci il 10 yanvar tarixli Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli” elan edilməsi İslam dininin qlobal miqyasda və mütərəqqi prizmadan təbliğinə xidmət edib. Bununla yanaşı, 2008-ci ildə “Bakı Prosesi” adlandırılan və beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilən platforma ölkəmizin dünyəvi dövlət imicini daha da möhkəmləndirib. 2010-cu və 2019-cu illərdə Dünya dini liderlərinin iki sammitinin Bakıda keçirilməsi bir daha göstərdi ki, Azərbaycan dinlərarası dialoqa öncüllük edən ölkəyə çevrilib.

Qüdrətli iqtisadiyyatı olan və idman ölkəsinə çevrilən Azərbaycan 2017-ci ilin mayında 54 ölkənin iştirak etdiyi IV İslam Həmrəyliyi Oyunlarına da ev sahibliyi edib. Dövlətimizin başçısı bu gün Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının açılışında iştirak edib və estafeti qardaş ölkəyə təhvil verib.

 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniyada yeni rəy sorğusunun nəticələrinə əsasən AfD birinci yerdədir

Kreml: Putin Zelenskinin açıq məktubu barədə məlumatlandırılıb

BDYPİ rəsmisi: Yuxulu sürücünün idarə etdiyi avtomobil nəzarətsiz təhlükəyə çevrilir

Veteran qapıçı: Minifutbol millisindəki uğurların əsas açarı baş məşqçidir

Rəsmi Bakı: CNN-dən əsassız iddiaların yayıldığı məqalənin təkzib edilməsini gözləyirik

Almaniyanın XİN başçısı BMT-yə maliyyə töhfələrinin azaldılması ilə bağlı fikirlərə etiraz edib

İsraildən olan tibb mütəxəssisləri Səhiyyə Nazirliyinin mükafatlarına layiq görülüblər

Əməkdar müəllim Ənvər Abbasovun 75 illik yubileyi BSU-da qeyd olunub

Müşfiqsevərlər Xızıda ölməz şairin xatirəsini anıblar

Dövlət Xidmətinin rəisi Ağsuda vətəndaşların müraciətlərini dinləyib

Altıncı “Yüksəliş” müsabiqəsinin analitik təhlil imtahanının nəticələri açıqlanıb

BTQ-nin modernləşdirilməsi: Logistika səmərəliliyi və strateji perspektivlər

MEDİA: CNN-in Azərbaycanla bağlı iddiaları kobud informasiya manipulyasiyasıdır

Elşad Ağayev: Əmək münasibətlərinin qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməsi xüsusi əhəmiyyət daşıyır

Türk ekspert: Ankara və Bakının qlobal nəqliyyatda əhəmiyyəti durmadan artacaq

Məcburi köçkünlərin mülkiyyət hüquqlarına dair qanun layihəsi yeni reallığın təzahürüdür - Ekspert

Süni intellektin hazırladığı ilk peyvənd gələcək pandemiyaların qarşısını ala bilər

Serbiyalı nazir: Təbiətin gücündən ilham almaqla çağırışları fürsətlərə çevirə bilərik

Güləş üzrə Azərbaycan yığmaları mötəbər yarışlara bölgələrdə hazırlaşır

Gülşən Paşayeva: Azərbaycanın strategiyasının iqtisadi mahiyyəti nəqliyyat dəhlizlərinin inteqrasiyasıdır

Çinli tələbələr “Bizim Cəbiş müəllim”dən fraqmentlər səsləndiriblər VİDEO

Çinli tələbələr “Bizim Cəbiş müəllim”dən fraqmentlər səsləndiriblər VİDEO

Ekspert: Süni intellekt və robot texnologiyaları üzrə ayrıca qanunlara ehtiyac var

Ankara aeroportunda təyyarə salonunda yanğın baş verib

®  “Baku Steel Company” QSC Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisində Gold Sponsor statusunda iştirak edib VİDEO

® “Baku Steel Company” QSC Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisində Gold Sponsor statusunda iştirak edib VİDEO

UN-Habitat-ın icraçı direktoru: Şəhərlərimiz təbii sistemlərlə ahəngdar şəkildə inkişaf etməlidir

“İşıqlı planetin sakinləri”: Xeyirxahlıq və Mədəniyyət Festivalı çərçivəsində sərgi

Admiral Riçard Nayton: Böyük Britaniya “Soyuq müharibə”dən bəri ən təhlükəli dövrdən keçir

Gecikdirilmiş 378,3 min manat vəsaitin işçilərə ödənilməsi təmin olunub

Ağdam Sosial Xidmət Mərkəzində 100-dən çox şəxs qayğı ilə əhatə olunub

Cari ildə Milli Observatoriyanın Təlim və İnkişaf Mərkəzində 2700-dən çox əməkdaş üçün təlimlər təşkil olunub

XİN Azov dənizində Azərbaycan vətəndaşlarının olduğu gəmilərə hücumla bağlı açıqlama yayıb

MOK-un vitse-prezidenti: Təhlükəsiz idmanla bağlı heç bir məsələ gizli qalmayacaq

BMT-nin nümayəndəsi: Ölkələr öhdəlikləri konkret layihələrə çevirmək üçün birlikdə çalışmalıdır

Zaqatalanın zəngin cüdo irsi və Olimpiya çempionlarının yetişdiyi "uğurlu zal" -  REPORTAJ  VİDEO

Zaqatalanın zəngin cüdo irsi və Olimpiya çempionlarının yetişdiyi "uğurlu zal" - REPORTAJ VİDEO

® “Azercell” və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar

Tokayev: Qazaxıstanda iyulun 1-də yeni Konstitusiya qüvvəyə minir

Murat Kurum: COP31 Sədrliyi olaraq COP29-da irəli sürülmüş öhdəliklərin yerinə yetirilməsinə nəzarət edəcəyik

Cüdoçular Avropa çempionatına Şamaxıda hazırlaşırlar

Saymon Stil: Azərbaycanın davam edən liderliyini yüksək qiymətləndirirəm

“Azərbaycan” qəzetinin 1918-1920-ci illərdə çap olunmuş tam külliyyatından XIV cildi işıq üzü görüb

Fransa Senatı ordu üçün nəzərdə tutulan əlavə 36 milyard avroluq büdcəni ləğv edib

İyirmi dörd federasiyanın nümayəndələri təhlükəsiz idman proqramına cəlb olunublar

ƏƏSMN-in tabeliyindəki qurumlarda vakant vəzifələrin tutulması məqsədilə keçirilən müsabiqənin imtahan mərhələsi təşkil olunub

Səyyar "ASAN xidmət"in növbəti ünvanı Tbilisidir

Avropada və ABŞ-də təbii qaz qiymətləri artıb

Qərbi Azərbaycanın etnoqrafik mühiti və qızılbaş inancının folklora təsiri

Mali hökuməti “Əl-Qaidə”nin Sahel bölgəsindəki liderinin tutulmasına görə mükafat vəd edib

Sabah gündüz dağlıq və dağətəyi rayonlardan başlayaraq bəzi yerlərdə hava arabir yağıntılı olacaq

Əmlakı üzərinə həbs qoyulan şəxslərlə bağlı Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilir

COP30-un Prezidenti: Məqsədimiz real nəticələrin əldə olunmasına doğru irəliləməkdir

BMT-nin Baş katibi: Dünyamızın sağlamlığı təhlükə altındadır və aclıq problemi daha da dərinləşir

Kiyev vilayətində dron hücumu nəticəsində dörd nəfər həlak olub

“Bir uşağın sabahına işıq ol!” - XXII Ənənəvi Xeyriyyə Sərgisi

Rəhman Mustafayev: Azərbaycan real addımlarla regional əməkdaşlığa sadiqliyini nümayiş etdirir

Mixail Qaluzin Cənubi Qafqazda nəqliyyat əlaqələrinin inkişafı üçün sərhədlərin açılmasının zəruriliyini bəyan edib

İnger Andersen: Dünyanın bütün ölkələri çoxsaylı iqlim çağırışları ilə üz-üzədir

BDU tələbələri “Spark Tələbə İnnovasiya Proqramı”nda II yerə layiq görülüblər

Prezidentin Naxçıvan MR-də səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq

Nazir: Xəzər dənizinin səviyyəsinin azalması ilə bağlı məsələlər əsas ekoloji prioritetlərimizdən biridir

UNEP-in icraçı direktoru: Azərbaycan iqlim fəaliyyəti sahəsində mühüm və strateji rol oynamaqda davam edir VİDEO

UNEP-in icraçı direktoru: Azərbaycan iqlim fəaliyyəti sahəsində mühüm və strateji rol oynamaqda davam edir VİDEO

Gələcəyin əmək bazarına hazırlıq: “4Sİ Akademiyası - Milli Proqram” daha bir il uzadılır

Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri “Tağıyev: Neft” bədii filminin nümayişi ilə başlayıb

Çingiz Hüseynzadə: Hər bir federasiyada təhlükəsiz idman üzrə ixtisaslaşmış məsul şəxs olmalıdır

Prokuror: Əmək müqaviləsinin bağlanması yalnız kağız üzərində sənədi imzalamaqla məhdudlaşmır

Yasamal Rayon Prokurorluğunda “Açıq qapı” günü və əmək hüquqlarına dair seminar təşkil olunub

Prezident: Təmiz ətraf mühit və “yaşıl artım” hədəfi beş əsas milli prioritetdən biri kimi müəyyən edilib

Bəzi qanunlara təklif edilən dəyişikliklər müzakirə olunur

Rəşad İsmayılov: Son 20 ildə Bakıda 100-dən çox park və yaşıllıq zonası salınıb

Nazir: Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işləri ekoloji yanaşmalar əsasında aparılır VİDEO

Nazir: Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işləri ekoloji yanaşmalar əsasında aparılır VİDEO

2026-cı il Ümumdünya Ətraf Mühit Günü ilə bağlı müraciət

Bu saata olan əsas xəbərlər

Baltikyanı ölkələrdə NATO təlimlərinin dəniz mərhələsi başlanıb

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb VİDEO

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb VİDEO

Nigerdə səhrada 49 nəfər susuzluqdan ölüb

BMU-da 41 ixtisas üzrə təkrar ali təhsil üçün sənəd qəbulu aparılır

® ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı

Mayda enerji qiymətləri indeksi 5,4 faiz azalıb - HESABAT

Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı: Suriya 34 qutu sənəd təqdim edib

Təbii fəlakətlər aqrar sığortaya müraciətləri kəskin artırdı: 35 rayondan 3500-dən çox müraciət daxil olub VİDEO

Təbii fəlakətlər aqrar sığortaya müraciətləri kəskin artırdı: 35 rayondan 3500-dən çox müraciət daxil olub VİDEO

Hesablama Palatasının iclasında kənar dövlət maliyyə nəzarəti tədbirlərinin başlanılması ilə bağlı proqramlar təsdiqlənib

Naxçıvanda IV siniflər üzrə monitorinqdə 4300-dən çox şagird iştirak edir - FOTOLAR

Dünya Bankı: Mayda “Brent”in orta qiyməti 107,5 dollar, “Light”ın isə 99,1 dollar olub

Bu ilin ilk rübündə sənaye zonalarına yatırılan investisiyanın həcmi artıb

UNEP: Azərbaycanda zubr və ceyran populyasiyalarının bərpası davam etdirilir

Azərbaycan-Almaniya Biznes Şurası yaradılacaq

Hüquqsuz avtomobil idarə edən şəxsin narkotik aludəçisi olduğu müəyyən edilib

Yaponiya köhnə nüvə reaktorlarını yeniləməyi planlaşdırır

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 16 faizdən çox artıb

“Texnologiya və innovasiyalar” İşçi qrupunun 2026-cı il üzrə Fəaliyyət Planının cari statusu nəzərdən keçirilib

Hakan Fidan: Türkiyə İranla ABŞ arasında aparılan danışıqları müsbət qiymətləndirir

Monteneqro 2028-ci ilədək Aİ-yə üzv olmaq məqsədini bir daha təsdiqləyib

Fransa tərəfindən saxlanılan Rusiyanın “Tagor” tankerinin kapitanı sərbəst buraxılıb

Bölgə klubu bütün legionerlərlə vidalaşır, yerlilərlə danışıqlar olacaq

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir VİDEO

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir VİDEO

Bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, yağış yağıb

Azərbaycan enerji təhlükəsizliyinin təmin olunmasında yeni imkanlar və perspektivlər yaradır ŞƏRH

BMT: Xəzər dənizinin qorunması və ekofəallara dəstək əsas ekoloji vəzifələrdən biridir

Bu ilin beş ayında dövlət büdcəsindən vətəndaşlara 122 milyon manat geri qaytarılıb

İyunun 15-də Super Təzə Ay hadisəsi baş verəcək

Son 5 ayda DSMF-nin fəaliyyət istiqamətləri üzrə alınan elektron arayışların sayı açıqlanıb