AZƏRBAYCAN KARATEÇİLƏRİ DÜNYA KUBOKU YARIŞLARINDA DÖRD MEDAL QAZANMIŞLAR
Yunanıstanın Xalkidiki şəhərində 18 yaşınadək gənclər arasında WKF versiyasına əsasən karate üzrə II Dünya Kuboku yarışları başa çatmışdır.
Kadetlərin yarışında Azərbaycan idmançıları arasında ən yaxşı nəticəni Elmin Ağayev (52 kq) göstərmişdir. Finalda Azərbaycan karateçisi digər idmançımız Ramazan Novruzova qalib gəlmişdir. Yeniyetmələrin yarışında Surə Fərəcli (54 kq) və Asiman Quliyev (76 kq) gümüş medala layiq görülmüşlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]