Azərbaycan klubu Albaniya çempionu olmuş basketbolçu ilə anlaşıb
Bakı, 16 sentyabr, AZƏRTAC
“Şəki” komandası heyətini yeni basketbolçu ilə gücləndirib.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, bölgə təmsilçisi ötən mövsüm Albaniyanın "Beselidya" klubu ilə çempion olmuş Aleks Koldvelli transfer edib. 24 yaşlı basketbolçu oyun qurucusu (point guard) mövqeyində çıxış edir.
Xatırladaq ki, "Şəki" daha əvvəl baş məşqçi Bedri Meriç və məşqçi Vüqar Musayevi heyətinə qatıb. Bölgə təmsilçisi ABŞ-dan olan Kris Barton, Karl Conzu, eləcə də yerli oyunçu statusunda çıxış edən Ərcan Donat və Əbdülmətin Quliyevin transferini elan edib.
Yeri gəlmişkən, komanda bu gündən yeni mövsümün hazırlıqlarına start verib. Şəki Olimpiya İdman Kompleksinin zalında baş tutan məşqdə yeni legionerlərdən Karl Conz da iştirak edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]
Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 06.10.2026 [11:09]