İDMAN
Azərbaycan komandası U-23 Avropa çempionatında 11-ci olub
Bakı, 31 may, AZƏRTAC
Şpaqa üzrə kişilərdən ibarət millimiz Estoniyanın paytaxtı Tallində keçirilən U-23 Avropa çempionatının komanda yarışında 11-ci olub.
Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Barat Quliyev, Fərrux Səfərov və Ruslan Həsənovdan ibarət üçlük 8-liyə yüksəlmək uğrunda Estoniya yığmasına 38:45 hesabı ilə uduzub.
Şpaqaçılarımız 9-12-ci yerlər uğrunda keçirilən görüşlərdə isveçrəli həmkarlarına 45:42 hesabı ilə qalib gəlib. Çex Respublikasını təmsil edən seçmə kollektivə isə 20:45 hesabı ilə məğlub olub.
Kişi şpaqaçılarımız 11-ci yer uğrunda İspaniya yığması ilə keçirilən görüşdə 45:31 hesablı qələbə qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.05.2024 [19:17]
Azərbaycan parataekvondoçusu Avropa çempionu olub
- 11.05.2024 [18:04]
İngiltərə Premyer Liqası: “Mançester Siti” darmadağınla liderliyə yüksəlib
- 11.05.2024 [17:10]
“Paris-2024”ə lisenziya qazanan yunan-Roma güləşçilərimiz Vətənə dönüblər
- 11.05.2024 [16:15]
Avropa çempionuna həsr edilmiş filmin təqdimatı olub
- 11.05.2024 [16:06]