Azərbaycan Kubokunda 1/8 final mərhələsinin təyinatları açıqlanıb
Bakı, 18 dekabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin təyinatları müəyyənləşib
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu raundun oyunlarını idarə edəcək hakimlər açıqlanıb.
Azərbaycan Kuboku
1/8 final
18 dekabr (bazar ertəsi)
14:00. “Kəpəz” - “Sabah”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Asiman Əzizli, Rauf Allahverdiyev
Hakim-inspektor: Orxan Məmmədov
VAR: Elçin Məsiyev
AVAR: Elşad Abdullayev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Tovuz şəhər stadionu
17:00. “Sumqayıt” - “Karvan”
Hakimlər: Kamranbəy Rəhimov, Vüqar Bayramov, Sənan Atayev, Fəridə Lütfəliyeva
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
“Kapital Bank Arena”
19 dekabr (çərşənbə axşamı)
13:00. “İrəvan” - “Araz-Naxçıvan”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Sevda Nuriyeva, İslam Məmmədov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Nəriman Axundov
“ASK Arena”
16:00. “İmişli” - “Qəbələ”
Hakimlər: Emin Əliyev, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Səbuhi Bayramov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Qəbələ şəhər stadionu
20 dekabr (çərşənbə)
14:00. “Səbail” - “Şamaxı”
Hakimlər: Tural Qurbanov, Rahil Ramazanov, Zöhrab Abbasov, Rövşən Rəcəbov
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“ASCO Arena”
17:00 .“Zirə” - “Turan Tovuz”
Hakimlər: İnqilab Məmmədov, Müslüm Əliyev, Rəhman İmami, Rəvan Həmzəzadə
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Seymur Səlimli
Zirə İdman Kompleksinin stadionu
21 dekabr (cümə axşamı)
14:00. “Qarabağ” - MOİK
18:00 . “Neftçi” - “Qaradağ Lökbatan”
Hakimlər: Kamran Əliyev, Elşad Abdullayev, Teymur Teymurov, Vüqar Həsənli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Azər Əsgərov
“Neftçi Arena”.