Azərbaycan kubokunun dörddəbir final mərhələsinin hakim təyinatları açıqlanıb
Bakı, 18 dekabr, Nicat Məmmədov, AZƏRTAC
Futbol üzrə Azərbaycan kubokunun dörddəbir final mərhələsinin cavab görüşləri üçün hakim təyinatları açıqlanıb.
AZƏRTAC Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, dekabrın 19-da baş tutacaq “Səbail”-“Zirə” görüşünü Rəvan Həmzəzadə, “Sumqayıt”-“Neftçi” oyununu isə Orxan Məmmədov idarə edəcək. Dekabrın 20-də keçiriləcək “Sabah”-“Qəbələ” qarşılaşması Əliyar Ağayevə, “Keşlə”-“Qarabağ” matçı isə İnqilab Məmmədova tapşırılıb.
Qeyd edək ki, “Səbail”-“Zirə”, “Sabah”-“Qəbələ” qarşılaşmaları saat 16:00-da, “Sumqayıt”-“Neftçi” və “Keşlə”-“Qarabağ” oyunları isə 19:00-da start götürəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [12:28]
Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]