AZƏRBAYCAN MİLLİ PARALİMPİYA KOMİTƏSİNİN ON İLLİYİ İLƏ BAĞLI TƏDBİRLƏR DAVAM EDİR
Hazırda qurumda “Azərbaycan Milli Paralimpiya Komitəsi – 10 il” adlı 300 səhifəlik kitabı çapa hazırlanmışdır. Kitabda dünyada və Azərbaycanda Paralimpiya hərəkatının təşəkkülü, inkişafı, idmançılarımızın dünya və Avropa çempionatlarında, Paralimpiya oyunlarında qazandıqları uğurlar, onların ümummilli liderimiz Heydər Əliyev və ölkəmizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev ilə görüşlərinə dair materiallar əksini tapmışdır. Kitab yaxın vaxtlarda işıq üzü görəcəkdir.
Komitə illik jurnalının da nəşrinə hazırlaşır. Qurumun 10 illiyi ilə əlaqədar “Lider” televiziyası tərəfindən bədii-sənədli filmin çəkilişi, Azərbaycan Rəssamlar İttifaqı ilə birgə elan olunmuş plakat müsabiqəsi və komitənin internet saytının hazırlanması ilin sonunadək başa çatdırılacaqdır.
Xatırladaq ki, bu münasibətlə oktyabrın 3-9-da Heydər Əliyev adına İdman-Konsert Kompleksində “Paralimpiya anları” mövzusunda fotomüsabiqə keçirilmişdi. Yubileylə əlaqədar yekun tədbir 2006-cı il fevralın 9-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:47]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]