Azərbaycan millisinin Estoniya, Finlandiya və Norveç yığmaları ilə oyunlar üçün heyəti açıqlanıb
Bakı, 30 may, AZƏRTAC
Futbol üzrə Avropa çempionatının seçmə mərhələsində iyunun 3-də Estoniya, 7-də Finlandiya, 14-də isə Norveç milli komandası ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının səfərdə keçirəcəyi üç oyun üçün heyətini açıqlayıb.
AZƏRTAC AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, heyətdə Əkbər Vəliyev (“Şamaxı”), Nicat Mehbalıyev (“Qəbələ”), Yusif İmanov (“Sabah”), Eldar Tağızadə (“FC Clermont”, Fransa), Rauf Hüseynli (“Qarabağ”), Arsen Ağcabəyov (“Sabah”), Rüfət Əhmədov (“Qəbələ”), Zamiq Əliyev, Rəhim Cəfərli (hər ikisi “Qarabağ”), Elçin Mustafayev (“Şamaxı”), Nihad Quliyev (“Qarabağ”), Ceyhun Nuriyev (“Sabah”), Elvin Cəfərquliyev (“Qarabağ”), Səbuhi Abdullazadə (“Sumqayıt”), Asim Əlizadə (“Dauqavpils”, Latviya), Şakir Seyidov (“Sabah”), Fərid Yusifli, İsmayıl Zülfüqarlı (hər ikisi “Neftçi”), Emil Səfərov (“Qəbələ”), Rüfət Abdullazadə (“Sumqayıt”), Ədilxan Qarəhmədov (“Səbail”), İldar Ələkbərov, Abdulla Xaybulayev (hər ikisi “Sabah”), Rüstəm Əhmədzadə və Musa Qurbanlı (hər ikisi “Qarabağ”) yer alıblar.
Qeyd edək ki, E.Tağızadə komandaya iyunun 5-dən etibarən qoşulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [23:26]
Dünya çempionatı 2026-nın ilk qolu vurulub YENİLƏNİB
- 11.06.2026 [22:23]
Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi təyin olunub
- 11.06.2026 [21:36]
Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib
- 11.06.2026 [19:48]
FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar
- 11.06.2026 [19:21]
“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]