Azərbaycan millisinin heyəti açıqlanıb
Bakı, 2 oktyabr, AZƏRTAC
UEFA Millətlər Liqası çərçivəsində oktyabrın 10-da Podqoritsa şəhərində Monteneqro, oktyabrın 13-də isə Bakıda Kipr milli komandası ilə qarşılaşacaq, qeyd olunan oyunlara hazırlıq məqsədilə oktyabrın 4-də təlim-məşq toplanışına başlayacaq futbol üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, heyətə Emil Balayev, Şahruddin Məhəmmədəliyev (hər ikisi “Qarabağ”), Aydın Bayramov (“Sumqayıt”), Maksim Medvedev (“Qarabağ”), Azər Salahlı (“Keşlə”), Bədavi Hüseynov, Abbas Hüseynov (hər ikisi “Qarabağ”), Anton Krivotsyuk (“Neftçi”), Təmkin Xəlilzadə, Amin Seydiyev, Bəhlul Mustafazadə (hamısı “Sabah”), Elvin Bədəlov (“Sumqayıt”), Şəhriyar Əliyev (“Keşlə”), Vüqar Mustafayev (“Sumqayıt”), Qara Qarayev, İsmayıl İbrahimli (hər ikisi “Qarabağ”), Coşqun Diniyev (“Sabah”), Rəhman Hacıyev (“Keşlə”), Rəhim Sadıxov (“Sumqayıt”), Elvin Camalov (“Zirə”), Namik Ələskərov (“Neftçi”), Mahir Emreli (“Qarabağ”), Araz Abdullayev (“Boluspor”, Türkiyə), Ramil Şeydayev (“Sabah”) və Əli Qurbani (“Sumqayıt”) dəvət olunublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:47]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]