İQTİSADİYYAT
Azərbaycan mina çirklənməsindən ən çox əziyyət çəkən ölkələrdən biridir VİDEO

Bakı, 31 yanvar, AZƏRTAC
Hazırda Azərbaycan mina çirklənməsindən ən çox əziyyət çəkən ölkələrdən biridir.
AZƏRTAC xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev yanvarın 31-də BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi (2026-2030-cu illər) üzrə “Yüksək Səviyyəli Strateji Prioritetləşdirmə” tədbirində deyib.
O bildirib ki, işğaldan azad olunmuş ərazilərimizdə mina çirklənməsi problemi hələ də ən böyük maneələrdən biri olaraq qalır.
"Ölkəmiz 2030-cu il gündəliyində nəzərdə tutulan davamlı inkişaf məqsədlərinə nail olmaq üçün BMT-nin müxtəlif sahələr üzrə qurumlarından dəyərli texniki dəstək və ekspert məsləhətləri alır, həmçinin beynəlxalq təşəbbüslərdə fəal iştirak edərək, qlobal səviyyədə öz potensialını nümayiş etdirir”, - deyə Y.Rəfiyev diqqətə çatdırıb.