AZƏRBAYCAN MİNİMUM ƏMƏK HAQQININ SƏVİYYƏSİNƏ GÖRƏ MDB-DƏ LİDERDİR
Maliyyə naziri Əvəz Ələkbərov AZƏRTAC-ın müxbirinə demişdir ki, hazırda Azərbaycanda minimum əmək haqqının səviyyəsi Rusiya və Ermənistandakından 26 faiz, Gürcüstandakından 3,1, Moldovadakından 4,3, Özbəkistandakından 5,5, Tacikistandakından 8,5, Qırğızıstandakından 13,6 dəfə çoxdur. Qarşıdan gələn illərdə minimum əmək haqqının daha sürətlə artım siyasəti davam etdirilməklə bu məbləğin yaşayış minimumunun səviyyəsinə çatdırılması təmin olunacaqdır. Bu da yoxsulluğun kəskin surətdə azaldılmasında mühüm rol oynayacaqdır.